Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:25

Azərbaycan Dövlət Neft Şirkəti( SOCAR) 2016-cı ilin sentyabr ayında dövlət büdcəsinə 119 milyon 443 min manat vəsait ödəyib.

Bu, ötən ilin eyni ayı ilə müqayisədə 17 mln. 44 min manat və ya 12.49 faiz azdır.

Şirkətdən verilən məlumata görə, bu ilin yanvar-sentyabr aylarında büdcəyə 1 milyard 24 milyon 827 min manat vəsait ödənilib.

Bundan əlavə, bu ilin sentyabr ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna (DSMF-yə) 12 milyon 816 min manat vəsait köçürüb. Bu göstərici ötən ilin sentyabr ayı ilə müqayisədə 1 milyon 28 min manat və ya 8.7 faiz çoxdur.

2016-cı ilin yanvar-sentyabr aylarında şirkət ümumilikdə DSMF-yə 107 milyon 163 min manat ödəyib. Bu isə ötən ilin analoji dövrü ilə müqayisədə 2 milyon 940 min manat və ya 2.8 faiz artıqdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG