Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:43

AŞPA prezidenti ölkələrin ərazi bütövlüyünü dəstəkləyib


Pedro Agramunt

Pedro Agramunt

Oktyabrın 10-da Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası açılıb.

"Turan"-ın xəbərinə görə, sessiyanın açılışında iştirak edən AŞPA prezidenti Pedro Aqramunt təşkilata üzv olan ölkələrdə münaqişələr mövzusuna toxunub.

Onun sözlərinə görə, Avropa Şurasının prinsipləri heç bir halda şübhə altına qoyula bilməz. “Ölkələrin ərazi bütövlüyünə riayət olunması çox vacibdir. Belə ki, sərhədlər birtərəfli olaraq və ya güclə dəyişdirilə bilməz”, Aqramunt deyib.

Buna da bax:​ AŞPA referenduma missiyasını göndərir

AŞPA prezidenti keçmiş SSRİ məkanındakı münaqişələrə xüsusi vurğu edib.

“Ukraynadakı münaqişə və Krımın ilhaqı, Gürcüstan, Moldova və Azərbaycandakı münaqişələr qəbul olunmazdır ”, deyə o bildirib.

Sessiya oktyabrın 14-dək davam edəcək.

Payız sessiyasında Türkiyədəki vəziyyət, Ukrayna münaqişəsi nəzərdən keçirilir.

Buna da bax:​ AŞPA hakimliyə namizədləri ilk mərhələdə bəyənib

Habelə, surroqatlıqla bağlı uşaq hüquqları, maliyyə və sosial ədalətin təminatı məsələləri, Beynəlxalq Cinayət Məhkəməsi ilə əməkdaşlığa dair müzakirələr aparılmalıdır.

Payız sessiyasında həmçinin, 2016-cı il üzrə “Vatslav Havel” insan haqları mükafatının qalibinin adı açıqlanacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG