Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:32

AŞPA hakimliyə namizədləri ilk mərhələdə bəyənib


Avropa Məhkəməsinin hakimləri
Avropa Məhkəməsinin hakimləri

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Hakimlərin Seçilməsi Komitəsi Avropa İnsan Hüquqları Məhkəməsinə (AHİM) namizədliyi irəli sürülmüş 3 azərbaycanlı hakimin məsələsinə baxıb.

Komitə azərbaycanlı namizədlərin siyahısını tövsiyələrlə birgə AŞPA-ya göndərib. Bu haqda APA xəbər verir.

Hakimlərin yekun seçiminin oktyabrın 11-12-də keçiriləcəyi bildirilir. Həmin günlərdə AŞPA-nın payız sessiyası keçiriləcək. Sessiya zamanı hakimin seçimi ilə bağlı səsvermə gözlənilir.

Avropa Şurası Parlament Assambleyası indiyədək artıq iki dəfə Azərbaycanın hakimliyə namizəd siyahısını geri qaytarıb. AŞPA təcrübəsində başqa ölkələrin namizəd siyahısının geri qaytarılması təcrübəsi olub. 10 il bundan əvvəl Türkiyənin namizəd siyahısı geri qaytarılmışdı.

Azərbaycanı Avropa İnsan Hüquqları Məhkəməsində hazırda Xanlar Hacıyev təmsil edir. Onun səlahiyyəti, hələ, 2015-ci ilin oktyabrında başa çatmışdı. O zaman AŞPA təqdim edilən namizəd siyahısını geri qaytarmışdı.

Buna da bax-Deputat: 'Bu, Rusiya təcrübəsində var...'

Həmin siyahıda Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri Çingiz Əsgərovun, Bakı Apellyasiya Məhkəməsinin hakimi Aygün Abdullayevanın və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi Vüsalə Baxışovanın adları var idi .

Azərbaycan bu ilin yanvarında ikinci dəfə siyahı təqdim etmişdi. Yenə də Çingiz Əsgərovun namizədliyi irəli sürülmüşdü. Bu dəfə ondan əlavə Bakı Apellyasiya Məhkəməsinin hakimləri Sənan Hacıyev və Elşanə Vəliyevanın hakimliyə təklif edilirdi. AŞPA-nın Alt Komitəsi ikinci dəfə də siyahını rədd etmişdi.

Azərbaycan sonuncu dəfə Bakı Apellyasiya Məhkəməsinin hakimi Kəmalə Abıyeva, Konstitusiya Məhkəməsinin hakimi Rövşən İsmayılov və Avropa İnsan Hüquqları Məhkəməsində iş təcrübəsi olan hüquqçu Lətif Hüseynovun namizədliyini irəli sürüb.

AİHM hakimləri seçilərkən namizədlərin təcrübə, qabiliyyət və bilik səviyyəsinə görə bərabər imkanlara malik olması kimi meyarlar nəzərə alınır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG