Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:54

Avropa Şurası Parlament Assambleyası (AŞPA) sentyabrın 26-da Azərbaycanda keçiriləcək referendumu izləməyə qiymətləndirmə missiyası göndərəcək.

Bu haqda AŞPA-nın saytı xəbər verir.

Missiyaya makedoniyalı Aleksandr Nikoloski rəhbərlik edəcək.

Xəbərə görə, hökumətin dəvəti ilə baş tutacaq missiyaya makedoniyalı Aleksandr Nikoloski rəhbərlik edəcək

Buna da bax:​ AŞPA-da Azərbaycanın referendum müzakirəsi

Nümayəndə heyətinə italiyalı Andrea Rigoni, bolqarıstanlı Yanaki Stoylov, ispaniyalı Antonio Gutierrez, polşalı Dominik Tarçinski və Azərbaycan üzrə məruzəçilər Stefan Şennakla (Avstriya) Sezar Florin Preda (Rumıniya) daxildir.

AŞPA nümayəndələrinin səsvermə günü məntəqələrə baş çəkməsi nəzərdə tutulur.

Missiya üzvləri Azərbaycan prezidenti İlham Əliyev, parlamentin spikeri Oqtay Əsədov, Mərkəzi Seçki Komissiyasının rəhbəri Məzahir Pənahov, Azərbaycanın AŞPA-da nümayəndə heyəti, vətəndaş cəmiyyəti və media təmsilçiləri ilə görüşəcəklər.

AŞPA nümayəndələrinin səsvermə günü məntəqələrə baş çəkməsi nəzərdə tutulur.

Səsvermə ilə bağlı ilkin nəticələr sentyabrın 27-də saat 11.30-da keçiriləcək mətbuat konfransında açıqlanacaq.

Buna da bax:​ Ağdaşa AŞPA-dan müşahidəçilər gələcək

Səsvermə ilə bağlı ilkin nəticələr sentyabrın 27-də saat 11.30-da keçiriləcək mətbuat konfransında açıqlanacaq.

Sentyabrın 26-da Azərbaycanda Konstitusiyanın 25-dən çox maddəsinə dəyişikliklər səsverməyə çıxarılacaq. Eyni zamanda ona bir neçə yeni maddə təklif olunur.

Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması nəzərdə tutulur. Habelə, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılır. Prezident və parlament seçkilərində yaş məhdudiyyəti aradan qaldırılır. Bütün bunlardan başqa, prezidentə parlamenti buraxmaq səlahiyyəti də verilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG