Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 09:55

Türkiyədə dörd yazıçı həbsdədir


Həbsdə olan yazıçı Ahmet və Mehmet Altan qardaşları.
Həbsdə olan yazıçı Ahmet və Mehmet Altan qardaşları.

-

Türkiyədə dörd yazıçı həbsdədir

Türkiyədə iyulun 15-i uğursuz dövlət çevrilişinə cəhddən sonra xeyli sayda jurnalist və yazıçı həbs olunub. Həbs olunanlar əsasən AKP hökümətinə müxalif jurnalistlər, solçu yazarlar olub.

Buna da bax: Romançılar türkiyəli yazarın müdafiəsinə qalxır

İki qardaş yazıçı birdən həbs olunub

Yazıçılar Ahmet Altanla Mehmet Altan internetdə yayımlanan Can Ərzincan televiziyasında iyulun 14-ü baş tutmuş “Özgür Düşüncə” verilişində iştirak edərək, dedikləri sözlərə görə həbs olunmuşdular. Onla “FETÖ” terror təşkilatına üzv olmaqda və dövlət çevrilişində iştirakda ittiham olunurlar.

Ahmet Altanla Mehmet Altan tanınmış türk yazıçısı Çetin Altanın oğlanlarıdırlar. Xatırladaq ki, Ahmet Altan bundan öncə 1995-ci ildə Atatürklə bağlı yazısına görə həbs edilmiş, 1 il 8 ay həbsdə qalmışdı, bundan sonra 2012-ci ildə baş nazir Recep Tayyip Erdoğanı təhqir etdiyi üçün mühakimə olunan yazıçı 1 il 2 aylığına həbs olunsa da sonradan həbs cərimə ilə əvəz edilmişdi. O 11 roman, 5 esse kitabının müəllifidir.

Ahmet Altanın kiçik qardaşı Mehmet Altan İstanbul Universitetinin professorudur, o kariyerasına jurnalist kimi başlasa da, sonradan ədəbiyyatla məşğul olub və elmi, bədii, publisistikadan ibarət 35 kitab yazıb.

Buna da bax: Türk yazıçısı həbsxanadan yazır: "Su vermirlər"

İki qadın yazıçı da həbsdədir

Türkiyədə çıxan müxalif “Özgür gündem” qəzetində çalışan Necmiye Alpayın əsl peşəsi dilçilir və tərcüməçilikdir. O türk dilinə bir çox bədii və elmi kitabları çevirib həmçinin özünün də indiyə qədər üç kitabı çıxıb. Məhkəməyə könüllü gələn Alpay orda sülhə qarşı addımlarına görə sentyabrın 12-si həbs olunub. O bir dilçi kimi sülhə qarşı hansı addım ata biləcəyini anlamadığını deyir. Necmiye Alpayın sözlərinə görə hər il dünya sülh günündə yəni sentyabrın 12-sində Türkiyədə mütləq həbslər olur, bir növ adətə çevrilib.

Türk yazıçısı Aslı Erdoğan.
Türk yazıçısı Aslı Erdoğan.

Digər qadın yazıçı və jurnalist Aslı Erdoğan isə avqustun 16-sı həbs olunmuşdu. O həbsxandan həbs olunan digər yazıçılar Ahmet ve Mehmet Altan haqda fikirlərini bölüşüb:

“Səhvən tutulanlardan biri olaraq düşünürəm ki, görəsən bizə bunu rəva görənlər heç mi utanmır, cavab tapa bilmirəm. Ahmet ve Mehmer Altana cəsarət və güc diləyirəm. Dünən gecə ikisi haqqında da uzun-uzun düşündüm. Bir qardaş həbsxanada, o biri nəzarət altındadır... Görəsən bizlərə, əlində qələmdən başqa heç bir şeyi olmayanlara nifrətmi edirlər, yoxsa qorxurlarmı, bunun da cavabını tapa bilməmişəm. İnsan həyatıyla belə oynamaq olarmı... Çox ağır cinayətdir və bu cinayətlər “hüququn hamiliyi” ilə edilir”.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG