Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:19

Türk yazıçısı həbsxanadan yazır: "Su vermirlər"


Yazıçı və jurnalist Aslı Erdoğan.

Yazıçı və jurnalist Aslı Erdoğan.

-

Aslı Erdoğan həbsxanada “dözülməz” şəraitdə saxlanıldığını deyir

Türk romançısı Aslı Erdoğan uğursuz çevriliş cəhdindən sonra digər kürdmənşəlli yazıçılarla birlikdə həbs olunub. Aslı Erdoğan həbsxanadan yazdığı məktubunda deyir ki, ona ehtiyac duyduğu tibbi yardımı göstərilmir. O müalicəsinə göstərilən etinasız münasibət nəticəsində bədənində “həmişəlik xəsarətlər” qala biləcəyindən ehtiyalanır.

O həbsxanadan Cumhuriyyət qəzetinə verdiyi müsahibəsində deyir:

"Fiziki təzyiqlərə məruz qalmamışam amma ən əsas ehtiyaclarımdan olan su vermirlər. Sağlamlığımla bağlı problemlər yaşayıram. Təqribən on ildir ki bağırsaqlarımda problem var. Pankreas və həzm sistemi problemlərim var, buna baxmayaraq beş gündür dərmanlarımı vermirlər. Şəkər xəstəsiyəm və xəstəliyim diyabet səviyyəsinə çatıb. Xüsusi qaydayla qidalanmalıyam, ancaq burda təkcə qatıq yeyə bilirəm. Yatdığım yataq sidiklidir. Heç havaya çıxarılmıram. Çalışırlar ki, bədənimdə izləri həmişəlik qalacaq sağlamlıq pozuntuları olsun. İnadla dirənməsəydim bu şəraitə dözə bilməzdim".

Buna da bax: "Türkiyə dünya lideridir – həbsdəki jurnalistlərin sayına görə"

Çoxsaylı mükafatların sahibi tanınmış Türk romançısı avqustun 16-sı gecə evində həbs olunub. Köşə yazarı və kürdyönümlü müxalifət qəzeti “Özgür Gündem”in jurnalisti olan Erdoğan iyulun 15-i Türkiyədə baş vermiş uğursuz dövlət çevrilişindən sonra çalışdığı qəzetin 20 digər jurnalisti ilə birlikdə həbs olunub. O hal-hazırda “silahlı terror qruplaşmasına üzv olmaq” və “milli birliyi pozmaq” kimi ittihamlarla mühakimə olunur.

Yazıçı Aslı Erdoğan əslində ixtisasca atom fizikidir, O Türkiyədə kompyuter mühəndisliyi ixtisasını bitirdikdən sonra İsverçərinin CERN Atom araşdırmaları mərkəzində magistratura təhsili alıb və bunun ardınca doktorantura təhsili almaq üçün getdiyi Brazilyada yazıçı olmağa qərar verib. Onun ilk kitabı 1994-cü ildə çıxıb. 1997-ci ildə "Deutsche Welle"nin ədəbiyyat yarışmasında onun "Taxta quşlar" hekayəsi birinci yerə çıxıb. Fransanın məşhur ədəbiyyat jurnalı “Lire” Aslı Erdoğanı gələcəyin 50 ən oxunaqlı yazarı siyahısına daxil edilib.

Aslı Erdoğanın həbsi müxtəlif insan haqqları qrupları tərəfindən etirazlarla qarşılanıb. “Ölkənin ən məşhur və beynəlxalq nüfuza malik yazıçısının həbs olunması o deməkdir ki, Erdoğan (prezident) Türkiyəsində heç bir şair, romançı yaxud dramaturq həbsdən sığortalanmayıb” deyə İngilis PEN-inin rəhbəri yazıçı və tərcüməçi Maureen Freely deyib. O “Özgür Gündem” qəzetinin həbs olunan bütün jurnalistlərinin dərhal həbsdən azad olunmasına çağırıb.

Buna da bax: "Yalçın Küçük. Diktatorluğun məddahlarına"

Erdoğan-ın azad olunması ilə bağlı təşkil olunmuş petisiya artıq 25000 nəfər tərəfindən imzalanıb. Onun “dünyanın ən tanınmış romançılarından biri” kimi təqdim edildiyi petisiyada “Aslı Erdoğanın yeganə arzusu öz ölkəsinin daha yaxşı yaşaması, cəmiyyətinin daha demokratik və sivil cəmiyyət olmasıdır” deyirilir və “o əsərlərində bu arzudan çıxış edərək Türk ədəbiyyatını dünyada tanıtdırmağa çalışır” deyə bildirilir.

Digər yandan türk yazıçıları və mədəniyyət adamları Twitter-də Aslı Erdoğanın həbsi ilə bağlı "Aslı Erdoğan içəridəysə heç birimiz bayırda deyilik" adlı etiraz kampaniyası başladıblar. Kampaniyaya Zülfü Livaneli, Menderes Samancılar, Teoman, Ece Temelkuran, Nebil Özgentürk, Sezgin Tanrıkulu kimi simalar qoşulub.

Günün bütün mövzuları

XS
SM
MD
LG