Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:00

Ə. Əylisli: Referenduma getmək istərdim, ancaq şəxsiyyət vəsiqəmi alıblar


Yazıçı Əkrəm Əylisli.
Yazıçı Əkrəm Əylisli.

-

Sovet dövrünün tanınımış Azərbaycan yazıçısı və yeni dövrdə "Daş yuxular" romanı ilə gündəmdən düşməyən Əkrəm Əylisli. Qalmaqallı romanının ona yaşatdıqlarından, əsərinin taleyindən, ölkəni hələ də tərk etmək istəməməsindən və s. mövzularda Oxu Zalına danışır.

- Əkrəm bəy, ən əsası özünüzü necə hiss edirsiniz?

- Son vaxtlar mühitdə duyduğum sıxıntılar mənə özümü çox da yüksək səviyyədə hiss etməyə imkan vermir. Belə sıxıntılar həyatımda çox olub, amma bu dəfəki bir az artıq oldu.

- Sizə qarşı hakimiyyətin sərtliyi, ölkədən buraxılmamanız və s. “Daş yuxular”dan sonra başlandı. Düşünürsünüz ki, son baş verən hadisələri də o kitabın təsiridir? Yoxsa sizə prokurorluqda başqa şey deyiblər?

- Onu deyə bilərəm ki, o kitab artıq dünyada estetik mətn kimi, bədii ədəbiyyat kimi tanınıb. Bizdə belə xasiyyət var ki, hər nə olsa deyirik erməninin işidir. Ancaq mənim kitabımın dünyaya yayılması erməniylə bağlı

Mən günahkar deyiləm ki, dünya mənim kitabımı Azərbaycandakı kimi qəbul etmir.

bir şey deyil. Kitabım son vaxtlar İstanbulda da çıxıb, çox ölkələrdə yayılıb. Bir qədər təvazökarlıqdan uzaqlaşaraq deyə bilərəm ki, bu saat Azərbaycan ədəbiyyatında dünyada oxunan real əsərdir “Daş yuxular”. O deyilənlər ki, guya mənim kitabımda millət alçaldılır, təhqir olunur, bunlar hamısı absurd söhbətlərdir. Dünya bunu bədii mətn kimi qəbul edir. Mən günahkar deyiləm ki, dünya mənim kitabımı Azərbaycandakı kimi qəbul etmir. Burda heç erməni tərəfinin də günahı yoxdur. Bütün əsərlər yazıçının əlindən çıxandan sonra öz taleyini yaşayır. Bizimkilər təəssüf ki, onun taleyini qəbul edə bilmədi. Siz deyin, hansı Azərbaycan yazıçısının əsərindən hardasa bir universitet tələbəsi bakalavr işi yazıb? Amma mənim əsərim haqda Bratislavada bir univerisitetin tələbəsi diplom işi yazıb. Bu haqda mənə bu yaxınlarda məktub yazmışdılar.

Bizim cəmiyyətdə həmişə yenilikçi əsərlərin başına belə işlər gəlib, Mirzə Fətəlinin də, Mirzə Cəlilin də, Məhəmməd Hadinin də başına işlər açıb əsərləri.

Buna da bax: ‘Mən alın yazısına inanan adamam. Nə olmalıdırsa, o da olacaq’

- Bəs sizi pokurorluğa çağıranda, ya da ordan kənarda eyham ilə, üstüörtülü, xəbər göndərməklə və s. sizə çatdırırlarmı ki, əsl məsələ nədir? Romanınızla bağlıdır, yoxsa bəyənatlarınızla və s.

- Mən bu yaşıma çatmışam, nə polis idarəsinin qapısını tanımışam, nə prokurorluq qapısı tanımışam. İndi mənə deyirdilər ki, orda mənə qarşı açılmış cinayət işi hələ davam edir, halbuki elə bilirdim bu iş çoxdan bağlanıb. Məni də çağırmışdılar ki, işi aparan prokurorla tanış olaq. Görünür gələcəkdə məhkəmə olacaq, amma mən bunu heç istəməzdim, çünki olduqca absurd ittihamdır, məni səfərimdən saxlayıblar, 30 yaşlı idmançı cüssəli birini gətiriblər ki, sən buna fiziki güc göstəribsən, mənim ona yumruq vurmağım, hətta bədəninin içində qançır yaranması o qədər absurd söhbətlərdir ki. Bunlar mənim ölkədən çıxışıma bəhanə kimi nəsə yazmalıydılar. Ancaq mən onlara dedim ki, belə bir iş görməyin, çünki mən beynəlxalq tədbirə gedirəm, ora 20 ölkədən adam gəlir və o adamlar düşünməyəcəkdimi 19 ölkədən

İnana bilmirəm ki, belə bir məhkəmə qurula ki, 30 yaşlı iri cüssəli, idmançı görkəmli adam mənim kimi balacaboy, 79 yaşlı kişiyə deyə ki, bu məni vurdu.

dəvət olunanlar gəldi, amma biri gəlmədi. Elə də oldu, ciddi rezonans doğurdu, İtaliya qəzetləri 10 gün müddətində hər gün yazdı, İngiltərədə qəzetlərdə nə qədər materiallar getdi. Qaldı ki, mənim guya vurduğum adam. O mənimlə polis idarəsindəykən təkləndi və az qalırdı ağlasın. Deyirdi məni siyasətə niyə qarışdırırlar, mən siyasətlə məşğul olmuram. Nəsə inana bilmirəm ki, belə bir məhkəmə qurula ki, 30 yaşlı iri cüssəli, idmançı görkəmli adam dura mənim kimi balacaboy, 79 yaşlı kişiyə deyə ki, bu məni vurdu. Tutaq ki, enerjili, nikbin, canlı-cüssəli Seymur Həzini adam döyməklə ittiham eləyib tuta bildilər, axı mənim situasiyam bundan fərqlidir, fərq gözə görünəcək qədərdir. O qədər istedadsız, ağlasığmayan, gülünc bir səbəb fikirləşiblər ki. Heç anlamıram ölkədən çıxmamağım kimə sərfəliydi, mənim xaricdən gedib ölkənin əleyhinə danışmağım mümkün deyil, qaçıb gedib xaricdən ölkəni tənqid etmək mənim şəxsiyyətimə uyğun deyil.

- Bəs bütün bu məhkəmələr, sorğu-suallar bitəndən sonra ölkədən çıxmağı düşünürsünüzmü?

Gəncədə Əkrəm Əylislinin kitabları yandırılarkən. 2013-cü il.
Gəncədə Əkrəm Əylislinin kitabları yandırılarkən. 2013-cü il.

- Mənim bundan əvvəl ölkəni tərk etməklə bağlı hər cür şərait vardı. O vaxt Norveçdən PEN-klub xəttiylə bir qrup adam gəldi, söhbət də elədik, birlikdə şam da elədik. Qərarı PEN-in mərkəzi ofisi olan İngiltərədə vermişdilər ki, mən Norveçə gedim. Əvvəl məni və həyat yoldaşımı hər bir ölkə məni qəbul etməyə hazır idi. Ancaq mən oğlum nəvələrim və s. olmadan ölkədən çıxmaram. Onda Norveç buna da razı oldu. Buna qərar verdikdən sonra gördüm ki, yoldaşımın gözü yaşardı. Dedi hara gedirik, niyə gedirik? O miliyyətcə belarusdur, amma bu vətəndə yaşa dolub, biz 40 ildir birlikdəyik. 22 yaşından Bakıdadır və dedi ki, getmək istəmir. Mən hiss etdim ki, evdə getmək üçün ovqat yoxdur. Mən özüm də bilirəm ki,

Getmək istəsəydim çoxdan çıxıb gedərdim. Ancaq burda da ürəyim sıxılır.

Azərbaycan dilində söz eşitməsəm məndə dəhşətli hallar yaranar. Sıxıntılar olur. Məsələn mən Moskvada tələb olmuşam, orda baxmayaraq ki, azərbaycanlı tələbələr də vardı. Amma yenə də hərdən küçəylə gedəndə qulağıma Azərbaycanca sözlər gəlirdi, bilirdim ki, bu halisunasiyadır. Yəni Azərbaycan dili olmadan mənə çətin olar. Vaxtilə Brodski gedib, Nabokov gedib. Onlar ingiliscə biliblər, onlara asan olub xaricdə yaşamaq. Amma bir azərbaycanlı üçün elə asan deyil. Belə ki, istəsəydim çıxıb gedərdim.

Ancaq onu da deyim ki, indiki halda ölkədəki mühit get-gedə qatılaşır, insanlığa, yazıçılığa hörmət get-gedə azalır. Adamlar görürəm ki, yazıçıların adını çəkəndə mənim adımı çəkməkdən qorxur. Mənə ən böyük sıxıntını bu verir. Artıq ədəbi konteksin özündə də bir şübhəli şəxs olmuşam. Anlayıram ki, bu hakimiyyətin mövqeyidir ki, cəmiyyətə əks olunub. Ancaq sadə xalq belə deyil. Elə o gün prokurorluqdan çıxanda iki nəfər mənə yaxınlaşıb əl verdi, hörmətlərini bildirdilər.

Buna da bax: "Əkrəm Əylisli prokurorluqda olub (Video)"

- Azərbaycanda Konstitusiya ilə bağlı dəyişikliklərə görə Referendum yaxınlaşır. Maraqlıdır siz səsverməyə gedəcəksinizmi?

- Bunu istərdim amma şəxsiyyət vəsiqəmi prokurorluq məndən alıb. Vəsiqəm olmadan seçkiyə getməyim mümkün deyil.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG