Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:12

'Bakı Şahmat Olimpiadası indiyə qədər keçirilən ən möhtəşəm olimpiadadır'


Bakı Şahmat Olimpiadası. 02 Sent. 2016
Bakı Şahmat Olimpiadası. 02 Sent. 2016

Sentyabrın 11-də Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası açılıb.

Buna da bax:​ Şahmat Olimpiadasının açılış mərasimi keçirilir

Trend-in məlumatına görə, gənclər və idman naziri Azad Rəhimov çıxışında bildirib ki, Azərbaycanda mötəbər idman yarışlarının keçirilməsi artıq ənənə halını alıb. Ötən il Bakı ilk Avropa Oyunlarına, şahmat üzrə Dünya Kubokuna ev sahibliyi edib. Bu il paytaxtda Formula 1 yarışı keçirilib. İndi isə Bakı şahmat dünyasının mərkəzinə çevrilib.

Kirsan İlyumjinov: «Bakı Şahmat Olimpiadası indiyə qədər keçirilən ən möhtəşəm olimpiadadır»

FİDE prezidenti Kirsan İlyumjinov isə 42-ci Ümumdünya Şahmat Olimpiadasının yüksək səviyyədə təşkil olunmasına görə Azərbaycana təşəkkürünü bildirib. Deyib ki, Bakı Şahmat Olimpiadası indiyə qədər keçirilən ən möhtəşəm olimpiadadır.

Buna da bax:​ Hakim partiya müxalifəti şahmat taxtasından 'vurur'

Sentyabrın 1-də Bakıda 42-ci Şahmat Olimpiadası açılıb. Olimpiadada iştirak etmək üçün 176 ölkə qeydiyyatdan keçib. Ümumilikdə çempionluq uğrunda 181 kişi və 142 qadın komandası mübarizə aparır. Bu, iştirakçı ölkələrin sayına görə Olimpiada tarixində rekord göstərici sayılır.

XS
SM
MD
LG