Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 08:43

Şahmat Olimpiadasının açılış mərasimi keçirilir


Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasının rəsmi loqosu
Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasının rəsmi loqosu

Bakıda, Milli Gimnastika Arenasında 42-ci Ümumdünya Şahmat Olimpiadasının təntənəli açılış mərasimi keçirilir.

AZƏRTAC-ın xəbərinə görə, mərasimdə prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva, Ümumdünya Şahmat Federasiyasının (FIDE) prezidenti Kirsan İlyumjinov, şahmat üzrə dünya çempionları, dövlət və hökumət rəsmiləri iştirak edirlər.

Əvvəlcə Azərbaycan Respublikasının və Ümumdünya Şahmat Federasiyasının himnləri səslənib.

Buna da bax: Şahmat Olimpiadası başlayır

Bakı Şahmat Olimpiadasının Təşkilat Komitəsinin sədri, baş nazirin birinci müavini Yaqub Eyyubov mərasimdə çıxış edib.

Sonra FIDE-nin prezidenti Kirsan İlyumjinov danışıb.

Daha sonra da prezident İlham Əliyev 42-ci Ümumdünya Şahmat Olimpiadasını açıq elan edib.

Bu mötəbər yarışda iştirak etmək üçün 176 ölkə qeydiyyatdan keçib. Olimpiadada 181 kişi və 142 qadın komandası mübarizə aparacaq. Bu, iştirakçı ölkələrin sayına görə, Olimpiada tarixində rekord göstərici sayılır.

Buna da bax: Şahmat Olimpiadasına hansı əşyaları keçirmək qadağan edildi [müsahibə]

Azərbaycan Olimpiadada üç kişi və üç qadın komandası ilə təmsil olunur.

Kişilərin yarışında ən yüksək reytinq Rusiya millisinə məxsusdur. Bu komandanın əmsalı 2760-a bərabərdir. ABŞ (2740) ikinci, Çin (2735) üçüncüdür. Azərbaycanın birinci komandası isə 2705 xalla dördüncü yeri tutur.

Qadınların turnirində isə reytinqə görə lider Çin millisidir – 2528 xal. İkinci pilləni Rusiya (2493), üçüncü yeri isə Ukrayna (2485) tutur.

İlk tura sentyabrın 2-də saat 15:00-da start veriləcək. On bir turdan ibarət yarışlar sentyabrın 13-də yekunlaşacaq.

XS
SM
MD
LG