Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:56

Voinovich: "Yazıçılar İttifaqı gizli təşkilatdır, orda hər şeyi qapalıdır"


Rus yazıçısı Vladimir Voynoviç
Rus yazıçısı Vladimir Voynoviç

-

Amerikan jurnalisti John Gled Sovet İttifaqından gələn mühacir yazıçılardan müsahibələr alarkən 1981-ci ildə ABŞ-da Vladimir Voinovich-lə görüşüb. Voinovich John Gled-ə Sovet Yazıçılar İttifaqından çıxarılması və Sovet İttifaqından çıxması haqda danışır. Oxu Zalı həmin müsahibəni təqdim edir.

-Sizə məşhurluğu sözləri sizə aid, Xruşovun Mavzoleydən oxuduğu bir mahnı gətirib, o təqribən belə idi.

Uzaq planetlərin

Tozlu çığırlarında

Bizim izlərimiz qalacaq

–Məsələ onda idi ki, mən şeir yazmağa başlasam da, könlüm nəsrdə idi. Di gəl ki, nəsr məndə alınmırdı, elə əvvəl şeir də alınmırdı. Şeirlərimi arabir çap etmək mümkün olurdu, özü də ən yaxşı olmayanlarını. 60-cı ildə mən radioda işləməyə başladım və verilişlərin birindən sonra redaktor xanım kosmonavtlar

Nikita Xruşov Sovet Yazıçılar İttifaqının üzvləri ilə görüşür.
Nikita Xruşov Sovet Yazıçılar İttifaqının üzvləri ilə görüşür.

haqda təcili mahnı yazılması gərəkdiyini bildirdi. Halbuki o vaxt kosmonavtlarla bağlı söz-söhbət də yox idi, bu Yuriy Qaqarinin uçuşundan bir il əvvələ təsadüf edirdi.

- Yəqin yuxarılarda artıq belə bir plan varmış?

- Bəli, görünür nə isə var imiş. Sadəcə bu 60-cı ildə olmuşdu, Qaqarin isə 61-də kosmosa uçdu. Mahnını bəstələmək üçün şair və bəstəkar tapmaq lazım idi və o vaxt redaktor tanınmış nəğməkar şairlərə İsakovskiyə, Dolmatovskiyə, Matusovskiyə, Oşaninə zəng etməyə başlayır və deyir ki, ona mahnı lazımdı. Onlar isə mahnının yazılmasına nə qədər vaxt verməsini soruşanda:“Mənə bir həftəya lazımdır” cavabını eşidəndə özlərini təhqir olunmuş sayırdılar, çünki tanınmış nəğməkar-bəstəkarlar hamısı deyirdilər ki, mahnı yüksək incəsənətdir, onu necə bir həftəyə yazmaq olar, axı onu hiss etmək, düşünmək, özündə yaşatmaq üçü ən azı bir ay lazımdı.O zaman xanım redaktor hələ məni tanımırdı, çünki həmin redaksiyada cəmi iki-üç gün idi ki, işləyirdim. Mən redaktora dedim ki, bəlkə bu işdə özümü sınayım, cəhd edim. O çox təəccübləndi, hətta mən dedim ki, ertəsi gün yazdığımı gətirəcəm. Onun itirəcəyi nəsə yox idi və heç kim də ona nəsə vəd verməmişdi. Dedi ki, yaxşı cəhd elə. Mən də çıxdım getdim evə. Mahnı da bu sözlər var: “Bizim ehtiyatda hələ 14 dəqiqəmiz var...”. Bax beləcə mən bu mahnını elə 14 dəqiqəyə də yazdım. Və ertəsi gün onu təqdim etdim. Redakor dəhşət təəccüblənmişdi, o mahnının sözlərini bəyənmişdi və bəstəkara zəng etdi. Bəstəkar isə elə həmin gün musiqini bəstələdi, elə həmin gün musiqi yazıldı və radioda səsələndirildi. Və dərhal da məşhur oldu. Sovet İttifaqında onu hamı bilirdi. İndi onu çoxları bilmir, çünki onu sözlərsiz səsləndirirlər .Bütöv bir nəsil o mahnının ancaq musiqisini eşidib, sözlərindən xəbəri yoxdur. Bax belə. Sonra isə kosmosdan uçub gələn kosmonavtlar Popoviç və Nikolayev onu elə kosmosda da oxuyurdular, onları Qızıl meydanda ... qarşıladılar .Xruşov isə deyildiyi kimi,bu mahnını oxumamışdı, mən deyərdim ki, mahnıdan bir neçə sözü zümzümə etmişdi .Bundan sonra mahnı daha da məşhur oldu.

Buna da bax: «Sovet hökumətini bərpa etmək cəhdləri iflasa uğrayacaq»

-Sovet İttifaqında adamlar proletar keçmişlərindən danışmağı sevirlər.

-Bəli mənim bioqrafiyam proletardı, amma tam fəhlə ailəsindən deyiləm, çünki atam jurnalist olub. Ancaq o sovet jurnalisti olduğundan, o da həmin zümrədən sayıla bilər... Anam isə müəllimə idi. Amma doğrusu çox çətinliklə oxudu və institutu da gec bitirdi. Bütün hallarda mən ziyalı ailəsindənəm. Amma tərcümey-halım həqiqətən fəhlə bioqrafiyasıdı. Mən 11 yaşımda kolxozun çobanı kimi işləməyə başladım, hər bir işi görürdüm. Sonra şəhərdə dülgər, çilingər də işləmişəm, hərbi xidmətdə isə aviamexanik idim, bir sözlə yazıçı olmağıma qədər mənim ideal sovet fəhlə bioqrafiyam vardı.

Sovet ədəbiyyatında çoxlu müqəddəs inəklər var ki, ona toxunmaq olmaz. Bu olmaz, o da olmaz çünki müqəddəsdi, o birisi də müqəddəsdi.

-Demək ayrıca ədəbiyyat təhsili almamısınız?

-Yox almamışam və bundan çox razıyam. İmtahan versəm də məni ki dəfə ədəbiyyat institutundan kəsiblər. Amma düşünürəm ki, yaxşı ki qəbul etməyiblər. Buna görə onlara minnətdaram.

-Siz müharibə barəsində sovet ədəbiyyatında qəbul olunmuş faciəvi, ciddi üsıubda yazmırsınız. Nədən?

-Nədən? Ona görə ki, sovet ədəbiyyatında qəbul olunmuş o ciddiliyə qarşı daxili etirazım var. Sovet ədəbiyyatında çoxlu müqəddəs inəklər var ki, ona toxunmaq olmaz. Bu olmaz, o da olmaz çünki müqəddəsdi, o birisi də müqəddəsdi. Məsələn o vaxt ki mən ilk kitabım "Çonkin"i yazanda, tək hakim dairələr yox, xüsusən yaşlı nəsilə aid çox adam deyirdi ki: “Axı belə də olmaz.

Vladimir Voinovich məşhur "Çonkin" kitabının yeni nəşrinin təqdimatında.
Vladimir Voinovich məşhur "Çonkin" kitabının yeni nəşrinin təqdimatında.

Müharibədə çoxlu insan həlak olub, siz isə onu ələ salırsınız”. Və onları inandırmaq çox çətin idi, axı mən onlara gülmürəm, mən insanların həlak olmasına gülmürəm, həyatın bu cür idiotizminə gülürəm. Deyim ki, sonradan insanlar buna vərdiş etdilər. Və indi Sovet İttifaqında həmin münasibəti bəsləyən belə bir adama rast gəlməmişəm. Ümumiyyətlə mən əsərin ilk hissəni tamamlayıb “Novıy Mir” jurnalına gətirəndə onu dərc etmədilər. Əsəri oxuyan baş redaktorun müavini dedi: “Bilirsiz, o vaxt 30-cu illərdə mən bir gəmidə çexiyalı müəllimlərlə birgə idim. Onlar məndən soruşanda ki, çex ədəbiyyatı haqda nə bilirəm, ən sevdiyim çex romanı hansıdır? Mən cavab verdim ki “Şveyk”. Onlar etiraz etməyə başladılar və dedilər ki, bu çex xalqına təhqirdi. Elə mən də bax indi, çex müəllimlərinin o vaxt keçirdiyi hissləri keçirirəm. Mən bilirəm ki, səhv edirəm, amma özümdəki o hissləri boğa bilmirəm”. İndi isə görürəm ki, çoxları bu hissləri aşa biliblər, hətta tanınmış partiya xadimləri kitabı oxuyur, gülür və dözürlər, mənə belə söyləyiblər.

-Moskvanın yazıçı mühitini necə hiss edirdiniz, nəşr olunan və SSRİ-də məşhur olan yazıçıların sizə münasibəti necə idi? Onlar sizin yazdıqlarınızı qınayır, yoxsa yaxşı münasibət bəsləyirdilər.

- Bu məsələdə hərə bir cür davranırdı. Bəli bir çoxları mənim mövqeyimi qınayırdı, hərçənd mən heç kimi qınamırdım. Sadəcə başa düşdüm ki, mənim Yazıçılar İttifaqı üzvlüyüm və ümumən Sovet rəsmi ədəbiyyatında yerim bitib. Orada yaradıcılıq baxımından hansısa mövcudluğumun imkanları tükənmişdi, çünki elə dövr gəlmişdi ki, onların prinsiplərinə uyğunlaşmalıydım, yəni mən özüm öz özümə çərçivə qoymalıydım, bədii bir çərçivə və oradan kənara çıxmamalı idim. Məsələn mən artıq "Çonkin"i nəşr ediləcəyi haqda düşünmürdüm.

Buna da bax: "Sergey Dovlatov: "Özümü kobud və tərbiyəsiz aparırdım""

–Yəni Sizin artıq ümidiniz yox idi. . .

- Yox, əvvəlcə hər şey qaranlıq, qeyri-müəyyən idi. Heç vaxt xəyal qurmurdum. Görəndə ki alınır, ancaq onu dərc edə bilməyəcəm, onda anladım ki, sovet ədəbiyyatında mövcudluğum, istəmədiyim əsərləri çap etdirməkdən ibarət olacaqdı. Başa düşürsüz? "Çonkin" isə mənim ən yaxşı kitabımdır və əgər mən sovet ədəbiyyatında qalsa idim, nəinki onu nəşr, heç yaza da bilməzdim, çünki mən həmişə özümlə danışmaq ehtiyacından çox, oxucu ilə danışmaq istəyirdim. Mənimçün daha önəmlisi nəşr olunmaq və oxucunun rəyini bilmək idi. Başa düşürsüz? Və mən elə vəziyyətə gəldim ki, imkanlarım tükəndi.

Rusiya prezidneti Putin Voinovich-ə dövlət mükafatı verir.
Rusiya prezidneti Putin Voinovich-ə dövlət mükafatı verir.

Başqaları elə düşünürlər ki, onlar öz imkanlarını hələ tükətməyiblər və ona görə belə mövqeyim bir cağırış idi. Yəni mən öz davranışımla sanki deyirəm ki, baxın mən yaxşıyam onlar isə pis.

Belə bir məsəl var, ölülər haqda yaxşı nəsə deməlisən, ya da heç nə. Məsəlçün Trifonov yaxşı yazıçıydı, onun nailiyyətləri vardı, amma o elələrindən idi ki, mənə düşməncəsinə münasibət bəsləyirdi, halbuki əvvəllər bir yazıçı olaraq hörmətlə yanaşırdı.

-Ümumiyyətlə Sovet Yazıçılar İttifaqı ilə münasibətiniz necə idi. Sizi deyəsən 1974-cü ildə ...

-Bəli

-Ona qədər münasibətlər necə idi?

- Ona qədər münasibətlər necə idi: Məni 1962-ci ildə Xruşovun mahnını oxuması və ya ulamasından sonra İttifaqa üzv qəbul etdilər. Məni böyük hay-küylə qəbul etdilər. Jurnalda cəmi bir povestim dərc olunmuşdu, amma ayrıca kitabım yox idi. Adətən İttifaqa qəbul şərtlərindən biri odur ki, bir və ya iki kitabın nəşr olunmalıdı. Bir müddət 1968-ci ilə kimi məni hansısa büroya üzv də seçirdilər. Amma sonra mənim İttifaqla münasibətlərim pisləşdi və bu daim davam etdi. Hələ 63-cü və 70-ci ildə məni iki dəfə İttifaqdan xaric etmək istəmişdilər. 68-ci ildə şiddətli töhmət elan etdilər. Sonra 70-ci ildə isə sonuncu xəbərdarlıqla şiddətli töhmət verdilər. 74-cü ildə isə məni Yazıçılar İttifaqından xaric etmək istəyəndə, İttifaqın katibi general İlyin zəng edib dedi:

-Biz Sizi İttifaqdan xaric etmək istəmirik. Gəlin söhbət edək.

-Dedim yox, indi mən sizlərdən ayrılmaq istəyirəm.

-Yaxşı gəlin söhbət edək.

-Axı, siz heç nə edə bilməyəcəksiniz, qanuna görə mənim üzərimdə apardığınız bütün təsir imkanları tükənibdi.

-Yaxşı onda biz Sizə bir şiddətli töhmət də elan edəcəyik.

-Yox bəsdir atrtıq, indi mən sizlərə şiddətli töhmət elan edəcəm. Bitdi mən sizinlə ümumiyyətlə bir daha danışmayacam. Bununla da bizim söhbətimiz yekunlaşdı və mən xaric edildim.

Buna da bax: "Brodski: "Yaşadıqlarım gözümdə birdən-birə yadlaşdı""

- Yazıçılar İttifaqından xaric olunduğunuz haqda yazılı bildiriş aldınızmı?

- Yox, heç nə almadım. Məni qorxaqcasına xaric etdilər. Onlar yox,mən onlara məktub göndərdim.

Yazıçılar İttifaqında bağlı qapılar arxasında çıxış edirlər. Və hər şey bağlı seyflərdə saxlayırlar.

- Yəni nitqlər söylənilmədən, çıxışlar olmadanmı xaric edildiniz?

-Əlbəttə yox, yəqin çıxış ediblər. Mən burada çıxışlarımda demişdim ki, Yazıçılar İttifaqı gizli bir təşkilatdır. Onlar orada bağlı qapılar arxasında çıxış edərlər. Və hər şey bağlı seyflərdə saxlanılar. Biləsiniz. Və kim nə danışıbsa mən bilə bilmərəm, amma nitqlər şübhəsiz ki, olubdu. Bu katiblikdi. Bu Yazıçılar İttifaqının Katibliyidi, bu ümumən nə isə. . . Ora həqiqətən gizli (qapalı) təşkilatdı.

- Bu yaxşı sözdür “sekretariat” (katiblik) sekret sözündən götürülüb. 80-ci il avqustun 21-də sizin həyat yoldaşınızın hər iki valideyni dünyasını dəyişdi, elə həmin gün siz ağır ürək tutması keçirdiniz. Bu baş verənlərə səbəb nə idi?

- Biz ölkədən çıxmağa qərar vermişdik, yola düşməyə hazırlaşarkən, bizim qarşımızda həlli demək olar ki mümkünsüz problem dayanmışdı... Həyat yoldaşımın valideynləri - yaşlı və mühafizəkar insanlardı. Onlar təsəvvür edə bilmirdilər ki, öz ölkələrini necə tərk edə bilərdilər. Onlar üçün bu seçim mümkünsüz idi. Və ölkədən getmələrini heç cür təsəvvür edə bilmirdilər. Bu məsələni müzakirə belə etmək istəmirdilər, heç cür öz yeganə qızları və nəvələrindən ayrı qalmayacaqdılar. Və bu vəziyyətdən çıxış yolu sadəcə yox idi. Nəticədə xanımımın anası xəstələndi, xəstəxanaya düşdü, elə oradaca bir günün içində gözlənilmədən həyatını itirdi. Əgər bizim telefonumuz olsa idi, bizə zəng edərdilər, biz də onun həyat yoldaşını bu xəbərə hazırlayardıq. Bizim isə telefonumuz yox idi, ona görə xəstəxanadan onun özünə zəng edib ölüm xəbərini bildirirlər. O da evdən qaçhaqaçda çıxıb bizə gəlmək istədikdə yerindəcə yıxılmışdı. O ürək sarsıntısı keşirmişdi. Və bir saatdan sonra vəfat etmişdi. Mən özüm isə ürək ağrıları səbəbindən evdə yataqda idim. Bu ağrılar əvvəl də var idi, birinci narahatçılıqlar avqustun 5-dən başlamışdı. Mən xəstə halda yataqda idim və nəticədə bu xəbərlər, həyəcanlanma və sonda ürək tutması. Həkim dostumu çağırdılar,təcili tibbi yardım və sairə. Bax belə bir əhvalat.

- Keçmiş müdafiə naziri marşal Malinovskiy sizin bir şeiriniz haqqında deyib ki, bu Sovet Ordusunun kürəyinə bıcaq sancmaqdı.

-O daha yaxşı deyib. O deyib ki, bu şeir Sovet Ordusunun kürəyindən vurulmuş güllədir.

- Siz 23 oktyabr 1980-ci ildə ölkəni tərk edəndə, bir etiraz məktub yazmısınız? Yazırdız ki, özünüz belə bir məktubu yazmağı istəməmisiniz. Nəyə görə? Özünüzü kim hesab edirsiniz? Dissident, fərqli düşünən, ümumiyyətlə mövqeyiniz nədir?

Hakimiyyət məni hədələdikcə, onları daha çox qıcıqlandırır və bundan ləzzət alırdım.

- Dəfələrlə demişəm ki, ümumiyyətlə özümü dissident hesab etmirəm, hərçənd bütün formal maddələrə görə dissdent adlandırıla bilərəm. Mən konkret şəxslərin müdafisində iştirak edirdim (ümumi “insan haqları uğrunda mübarizəsində yox) bundan başqa xaricdə dərc olunurdum, özümü cəsarətli aparırdım, özümə belə bir mövqe seçmişdim ki, məni hədələdikcə, onları daha çox qıcıqlandırır və bundan bir ləzzət alırdım. Ümumiyyətlə isə hesab edirəm ki, bütün bunlarda hakimiyyət özü günahkardı. Hesab edirəm ki, vətəndaş loyal olmalıdı, amma dövlət də insanlara qarşı loyal olmalıdı. Mən ümumiyyətlə dövlətin təməl sütünlarının laxladılmasının əleyhinəyəm, çünki bilirəm bu nə ilə nəticələnir. 17-ci ildə olanlar hamıya məlumdur. Və nə vaxtsa bu dövlət çökəcəksə, bu milyonlarla insanlar üçün faciə olacaq. Bax ona görə mən özümü də siyasi anlamda dissident saymıram. Amma mən əlbəttə fərqli düşünənəm, ona görə ki hər bir yazıçı fərqli düşünən olmalıdı. Əgər o hamı kimi düşünürsə,o zaman kimə maraqlı ola bilər? O özünəməxsus olanda maraqlı gəlir.

Mənə SSRİ-ni tərk etmək təklifi verilmişdi və mən buna hazırlaşdım, istəyirdim oranı dinc tərk edim. Ancaq bu əclaflar dəfələrlə məni müxtəlif hərəkətlərilə provakasiya edirdilər, mənsə provakasiyaya uymamağa çalışırdım. Heç o məktubu da, ərizəni də yazmaq istəmirdim. Lakin mən xəstə yatağında, köməksiz vəziyyətdəykən, onlar anladılar ki, mənimlə siçan-pişik oyunu oynamağın əsil vaxtıdır. O kəslər ki, mənim ölkədən getməyimə və az qala hava limanına qədər çemodanlarımı daşımağa belə hazır idilər. Bax onlar vasitəçilərlə mənə xəbər göndərirdilər ki, hələ heç nə məlum deyil, hələ qərar qəbul edilməyib. Amma özümü yaxşı aparsam, o zaman mənim getməyimə əngəl olmayacaqlar. Ona görə o məktub onların hərəkətlərinə bir cavab idi, məni buna məcbur etdilər.

-Deyəsən lap əvvəl Yazıçılar İttifaqının üzvü hansısa İdaşkin adlı birisi sizi öncə yola gətirmək istəmiş, sonra isə hədə gəlibmiş . Onunla söhbətin məzmunu nədən ibarət idi?

68-ci ildən bəri məni daim hədələyirdilər və mən sadəcə yorulmuşdum.

-Yaxşı budur ki, onun soyadını demədən danışım, istəmirəm ona bu cür reklam edəm, həm də onun haqında çox danışmışam. İş onda idi ki, İdaşkin bir vasitəçi ilə mənə xəbər göndərdi ki, demə o böyük rəislərin söhbətini eşidib və onların artıq hövsələləri qalmayıb. Voynoviçi bitirmək vaxtıdı və əgər o özü getməsə, onu çox böyük müsibətlər gözləyəcək. Və o zaman ki, mənim yaxın adamım İdaşkindən soruşanda ki, Voynoviçi nə kimi xoşagəlməzliklər gözləyə bilər, o belə cavab vermişdi : “Sən özün başa düşməlisən, hər şey ola bilər, o maşına minir, onun başına avtomobil qəzası gələ bilər, dava-dalaşa düşə bilər, o zaman buna görə həbsə düşər və sairə”. Ancaq iş bunda da deyil. İş onda idi ki, 68-ci ildən bəri məni daim hədələyirdilər və mən sadəcə yorulmuşdum. Belə ki, imkanı dəyərləndirdim və getdim.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG