Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:12

«Sovet hökumətini bərpa etmək cəhdləri iflasa uğrayacaq»


Vladimir Voynovich
Vladimir Voynovich
-

Sovet dövrünün dissidenti, tanınmış rus yazıçısı Vladimir Voynovich “Novıye izvestiya” qəzetinə müsahibəsində son dövrlərdə Rusiyada baş verənlərə münasibət bildirir.


Xodorkovskinin əfvi barədə

- Əvvəla, Xodorkovskinin həbsə atılması hakimiyyət tərəfdən aşırı bir cəza idi. Bundan başqa onun həbs müddəti onsuz da bitirdi və iqtidar bilmirdi ki, onu neyləsin. Avqustda onun ikiqat həbs müddəti başa çatırdı, onsuz da azadlığa çıxmalı idi. Amma hakimiyyət onu elə-belə azadlığa buraxmağı qətiyyən istəmirdi. Çünki həbsdə nə qədər çox qalırdısa, Xodorkovskinin siyasi çəkisi bir o qədər artırdı, daha böyük nüfuza sahiblənirdi, onun halına yananlar çoxalırdı və s.

Elə bir ciddi fiqura çevrilmişdi ki, hakimiyyət onu zərərsizləşdirmədən həbsdən buraxmaq istəmirdi. Onların bu istəyi ilə almanların səyləri üst-üstə düşdü (amma bəlkə də bu, üst-üstə düşmək söhbəti deyildi). Yeri gəlmişkən, bu, təzə bir söhbət deyil. Almaniyada ostpolitik deyilən bir anlayış var. O zaman bu anlayışa Almaniyanın Sovet İttifaqı ilə münasibətləri də aid idi, indi isə Rusiya ilə münasibətləri. Bunu ona görə bilirəm ki, vaxtilə özüm də Sovet İttifaqından qovulmuşdum və Almaniyaya oranın hansısa diplomatik dairələrinin köməyi sayəsində gedib çıxmışdım. Soljenitsını ölkədən qovanda da arada Almaniya ilə razılaşma vardı, onu da Almaniya qəbul etmişdi.
Mikhail Khodorkovsky azadlığa buraxılandan sonra Berlində, 21 dekabr 2013
Mikhail Khodorkovsky azadlığa buraxılandan sonra Berlində, 21 dekabr 2013

Bundan başqa hazırkı rejim heç də yaxşı dövrünü yaşamır. Soçi olimpiadası yaxınlaşır axı. Məncə, olimpiada indiki hakimiyyətdə, xüsusən prezidentdə getdikcə daha çox narahatlıq yaradır. Düşünürlər ki, görəsən, olimpiada necə keçəcək. Məsələ heç onda da deyil ki, olimpiadaya kimlərsə gələcək, ya yox. Homoseksuallarla bağlı problem də var. (Bir axmaq qanun qəbul ediblər, ona bütün dünyada münasibət mənfidir). Bir sözlə, olimpiada məsələsində özlərinə qarşı bir təzyiq hiss edirlər. Düşünürlər ki, gey idmançılar gələndə onları necə qəbul eləsinlər. Qəbul eləməmələri mümkün deyil. Bundan başqa Rusiyanın siması, indi dəbdə olan ifadə ilə desək, imici sivil dünyanın gözündə getdikcə daha çox neqativ çalar alır. Düşünürlər ki, bir tədbir görmək lazımdır. Müxtəlif səmtlərdən olan təqyiqlər qarşısında müəyyən güzəştlər edirlər. Amma bu güzəştlər azdır, kardinal dəyişikliyə erhtiyac var.

Bəs olimpiadadan sonra? Hər şey köhnə axarına qayıdacaq?

- Yəqin ki, hər şeyin əvvəlki axarına qayıtması çətin olacaq. Çünki indiki rejim çürüyür. Necə ki vaxtilə sovet rejimi çürüyürdü. Axıra yaxın sovet rejimi əvvəlki kimi vəhşilik etmirdi. Ona görə yox ki, düzəlirdi, ona görə ki dişi tökülürdü. İndi bu rejim də çürüyür. Məsələ ondadır ki, olimpiada bitəcək, futbol üzrə dünya çempionatı, yaxud başqa yarışlar gələcək. Buna görə də beynəlxalq və ticarət əlaqələrini yaxşılaşdırmaq lazım gələcək. Ukrayna bizdən daha da uzaqlaşacaq. Bu da bizim daxili siyasətimizə təzyiqi artırmış olacaq.
ABŞ-da Rusiyadakı geylərin hüquqları uğrunda mübarizə aparanlar Soçi Olimpiadasının loqosunu bu şəkildə təsvir edirlər.
ABŞ-da Rusiyadakı geylərin hüquqları uğrunda mübarizə aparanlar Soçi Olimpiadasının loqosunu bu şəkildə təsvir edirlər.

Hələ onu demirəm ki, Rusiyanın içində etiraz hərəkatı genişlənir. Ehtimal ki bu, iqtidarı getdikcə daha çox narahat edir. Hakimiyyət bu hərəkatı zor gücünə, normal dialoqa getmədən yatırmaq istəyir. Daha dəqiqi, dialoqun imitasiyası var, amma müxalifətlə normal ünsiyyət yoxdur.

İndiki Rusiyanın Sovet İttifaqı ilə müqayisəsi

- Çox oxşayırlar. Amma sovet hökumətini bərpa etmək cəhdləri iflasa uğrayacaq, ona görə də gələcəyə müəyyən nikbinliklə baxmaq olar.

Hazırladı: R.Qəmbərov

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG