Keçid linkləri

2016, 28 Sentyabr, çərşənbə, Bakı vaxtı 22:46

Ev sahibləri ipoteka faizlərinin aşağı düşəcəyinə ümid edirdilər, əvəzində evlərini itirdilər.

Bunu ABŞ-ın Center for Public İntegrity təşkilatı öz araşdırmasında yazır.

2014-cü ildə ABŞ-da Nyu Yorkun Bruklin rayonunda yaşayan 65 yaşlı Joseph Clarke-ın qapısı önündə Rolls Royse maşını dayanıb, maşından iki nəfər düşüb və Clarke-a elan ediblər ki, onun yaşağıdığı evin yeni sahibi onlardır.

Clarke və xanımı mat qalıblar, çünki bir neçə saat əvvəl onlar yerli, necə deyərlər, “xilas” şirkətinin ofisində olmuşdular, orda onlara deyilmişdi ki, Clarke zədələndiyinə görə işləyə bilmir, gəliri yoxdur, ancaq onların evinin banka keçməsinin 15 il qarşısı alına bilər və onlara imzalamağa sənədlər də verilmişdi.

İndi isə əksinə, həmin şirkətin, Clarkegil getdiyi şirkətin sahibləri bildirirdilər ki, Clarke-ın evini satmaq səlahiyyətləri var. Clarke-ın indi məhkəməyə etdiyi müraciətə görə, şirkət onu aldadıb, evi satmağa razılığını alıb.

HÖKUMƏTİN YARDIMI

Amerikada ipoteka bumu 10 il əvvəl sabun köpüyü kimi partlayanda hökumət ipotekanın yüngülləşdirilməsi proqramına dəstək verdi. Proqramın adı borc modifikasiyası idi.

Məqsəd çətinliyə düşənlərə yardım idi. Ancaq bir sıra şirkətlər kömək adı ilə , xüsusilə də azlıqları hədəfə alaraq onlardan minlərlə dollar aldılar ki, kredit borclarını azaldacaqlar, əvəzində isə heç vaxt belə xidmət göstərməyiblər.

Qurbanların 70 faizi mühacirlər və milli azlıqradır. Niyə? Çünki onların çoxunun hüquqi məsələlərdən başı çıxmır.

Bu fırıldaqlar evlərin qiymətinin kəskin qalxdığı, əsasən də mühacirlərin yaşadığı Bruklində xüsusilə özünü göstərib. Burda bir sıra ev sahibləri öz evlərini artıq itiriblər.

2013-cü ildən bəri buranın 10-dan çox ev sahibi məhkəmələrə müraciət edib.

Onların evləri əllərindən alınır, vermək istəməyənləri hədələyirlər.

3 NƏFƏR GÜNAHKAR BİLİNDİ

İpoteka kreditlərinin modifikasiyası proqramında fırıldaq ittihamı ilə Ev Sahiblərinə Yardım Xidməti adlı şirkətin və onunla bağlı 3, o cümlədən, Launch Development LL reelter şirkətinin 3 şəxsinə qarşı cinayət işi açılıb. Amir Meiri, Mario Alvarenga və vəkil Rajesh Maddivar Nyu Yorkun federal məhkəməsinin jürisi tərəfindən artıq günahkar bilinib.

Federal Təhqiqat Bürosunun məlumatına görə, özü 4,8 milyon dollarlıq evdə yaşayan daşınmaz əmlak dəllalı Meiri Launch Development şirkətinin işçilərinə göstəriş verirmiş ki, internetdə Bruklin, Queens və Bronx rayonlarında yaşayan və ipoteka problemləri olanların siyahısını tutsunlar və onların maliyyə vəziyyəti barədə məlumat toplasınlar.

Bundan sonra şirkət həmin ev sahiblərinə məktub göndərib öz köməyini təklif edirdi. Və bu zaman Nyu Yorkun Ev Sahiblərinə Yardım Xidməti (NASNY) qurumunun adından hərəkət etdiyini bildirirdi. NASNY isə öz saytında göstərdiyi xidmətlərin siyahısında qeyd edirdi ki, “ipotekanı ödəyə bilməyənlər alternativ imkanlara baxa bilərlər ki, evləri əllətindən alınmasın”.

Alternativ imkanlardan biri hökumətin borc modifikasiyası idi.

Nəticədə isə.. İstintaq materiallarında adı “4-cü qurban” kimi gedən qadın 2014-cü ildə NASNY-nin ofisində sənəd imzalayıb. Ona deyilib ki, bu, ipotekanı yüngülləşdirmək üçün“normal və tipik” sənəddir. Qadın sənədləri imzalayıb və faktiki olaraq evini Launch Developerə 335 min dollara satmış olub. Bu, onun 2006-cı ildə həmin evə ödədiyi puldan 2 dəfə azdır. Qadını evindən 2014-cü ildə köçməyə məcbur etdilər. ...

İndi bürtün bu işlərlə bağlı istintaq gedir.

Kredit və ya ipoteka borcu olanlar, ehtiyatlı olun.

XS
SM
MD
LG