Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 04:24

İnternet ticarəti şirkəti neft şirkətini ötdü


arxiv fotosu
arxiv fotosu

ABŞ-ın internet ticarət nəhəngi Amazon, səhmlərinin bahalaşması sayəsində Facebook-u geridə qoyaraq dünyanın ən bahalı 4-üncü şirkəti olub.
İkinci rüb gəlir və xalis mənfəəti gözləntilərdən yüksək olan Amazon-un səhminin qiyməti Nyu York birjasında 770,50 dollara qədər yüksəlib, şirkətin bazar dəyəri 363,6 milyard dollara çatıb.

Daha əvvəl 4-üncü sırada olan ABŞ-ın enerji nəhəngi Exxonmobi-lin səhminin dəyəri isə 3 faiz ucuzlaşaraq 86,31 dollara qədər düşüb və şirkətin bazar dəyəri 357,9 milyard dollara qədər geriləyib.

Amazon-un bazar dəyəri, ExxonMobil, Facebook və Berkshire Hathaway-i geridə qoyub.

Hazırda dünyanın ən bahalı şirkəti Apple 567,5 milyard dollarla birinci, Google-un bağlı olduğu Alphabet şirkəti 533 milyard dollarla ikinci, Microsoft isə 438,3 milyard dollarlıq bazar dəyərilə üçüncü gəlir.

XS
SM
MD
LG