Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:59

Smartfonların 5 ilə fatihəsi verilə bilər


Smartfon
Smartfon

-

Smartfonlar növbəti 5 ildə köhnəlmiş cihaz hesab olunacaq. Yeni aparılmış sorğunun nəticələri belə deməyə əsas verir.

İsveçin «Ericsson» şəbəkə infrastrukturu 40 ölkədə 100 min adam arasında sorğu aparıb. Ümumi fikri belədir ki, çox yox, cəmi 5 ildən sonra smartfon keçmişdən qalmış bir cihaz sayılacaq.

Onu isə süni intellekt texnologiyası əvəzləyəcək. Obyektlərin qarşılıqlı ünsiyyəti üçün süni intellektin smartfon ekranına ehtiyacı qalmayacaq.

Belə bir arzunun kökündə insanların daha böyük qurğuya ehtiyac duymaları durur. Böyük ekrana malik qurğular isə enerjini çox sərf edir. Araşdırmalara görə, istifadəçilər cihazlarının həm də davamlı işləməsi arzusundadırlar. Ortada ziddiyyət var. Ancaq bu tərs mütənasiblik daha yaxşı ixtiralara ehtiyac olduğunu göstərir.

Rəyi soruşulanların 85 faizi fikirləşir ki, süni intellekt özümüzlə gəzdirə biləcəyimiz «köməkçimiz» rolunu oynayacaq və o çox populyar olacaq.Hər iki nəfərdən biri inanır ki, insanlarla danışa bildiyimiz kimi məişət əşyaları ilə də danışa biləcəyik.

«Ericsson»un hesabatına görə, smartfon istifadəçiləri hesab edirlər ki, Sİ - süni intellekt bir çox ümumi vəzifələri öz üzərinə götürəcək. Belə vəzifələrə şəbəkədə axtarış aparmaq, əmr qəbul etmək, turist bələdçisi olmaq kimi funksiyalar daxildir.

Sİ məhsulları artıq satışa çıxarılıb. «Amazon's Echo» insanların danışa və informasiya ala bildiyi qurğudur. O, hətta musiqi ifa etmək kimi tapşırığı da yerinə yetirir. «Google Now», «Microsoft Cortana» və«Apple's Siri» də süni intellekt əsasında çalışan rəqəmsal fərdi köməkçilərdir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG