Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:04

"Harry Potter" seriyasından yeni kitab da bestseller olub


Harry Potterin seriyasından olan yeni kitab. "Harry Potter və lənətlənmiş uşaq" kitabının üz qabığı.
Harry Potterin seriyasından olan yeni kitab. "Harry Potter və lənətlənmiş uşaq" kitabının üz qabığı.

-

Yazıçı Joanne Rowling-in Harry Potter seriyasından növbəti, səkkizinci kitabı "Harry Potter and the Cursed Child" ("Harry Potter və lənətlənmiş uşaq") Britaniya vaxtilə gecə yarısı satışa çıxıb. Britaniyanın məşhur "Waterstones" kitab şəbəkəsi 140 mağazasında yeni kitaba həsr olunmuş gecə keçirib. Dünyanın müxtəlif ölkələrindəki kitab mağazaları Harry Potter seriyasından olan yeni kitabın satışı üçün dünən gecə rejimində işləyib.

"Waterstones" mağazasının rəsmisi BBC-yə deyib ki, "Bu kitabla bağlı öncədən aldığımız sifarişlər altı rəqəmli ədəddir. "Harry Potter" seriyasından çıxmış sonuncu kitabdan sonra biz belə satış rekordları müşahidə etməmişdik. Ümüd edirik bu kitab bizim ən çox satılan kitabımız olacaq".

Buna da bax: "İndi həyatımda ən qorxunc şey - soyuducumun boş olmasıdır"

Bu mağazasının "Piccadilly" küçəsindəki mağazasındakı növbələr yüz metrlərcə uzanıb və saatlarca davam edib. "Harry Potterçilər" saatlarla mağazanın qapılarının açılmasını gözləyiblər.

Xatırladaq ki, bundan bir gün öncə, şənbə günü Londonda ""Harry Potter və lənətlənmiş uşaq" teatrda tamaşaya qoyulmuşdu.

Buna da bax: "Daha bir "Harry Potter" kitabı Azərbaycan dilində!"

1997-ci ildən başlayaraq 7 hissəsi çap olunmuş "Harry Potter" seriyasından olan kitablar bu günə qədər 450 milyon tirajla satılıb, kitaba çəkilmiş filmlər prokatdan ümumilikdə 7 milyard dollar gəlir gətirib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG