Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:09

Daha bir "Harry Potter" kitabı Azərbaycan dilində!


-

"Qanun" nəşriyyatından 3 yeni kitab gəldi:

Nizami Gəncəvi «Sirlər xəzinəsi»

«Sirlər xəzinəsi» («Məxzənül-əsrar») böyük Azərbaycan şairi Nizami Gəncəvinin Yaxın Şərqdə «beş xəzinə» adı ilə şöhrət qazanmış «Xəmsə»sinin ilk məsnəvisidir.

Əsərin canını iyirmi məqalat təşkil edir.

Nizami hər məqalatda bir məsələ qoyub irəli sürdüyü fikri atalar sözləri kimi dərin mənalı beytlərlə canlandırır.

Şair, əsasən, öz müasirlərinə xitab edir: hökmdarlara, dövlət adamlarına və oxucularına nəsihətlər verərək onları pis əməllərdən çəkinməyə çağırır.

J.K.Rowling "Harri Potter və Azkaban məhbusu"

Harri Potter və dostları Hoqvartsda üçüncü illərinə qədəm qoyurlar.

Sehr dünyasının isə bütün diqqəti, qüvvələri Azkaban həbsxanasından qaçmağı bacarmış sehrbaz, Qara Lordun sadiq xidmətçisi Sirius Blekin axtarışına yönəlib.

Bəs, görəsən, Blek və Harrini birləşdirən nədir? Görəsən, bu dəfə Sağ Qalmış uşağın macəraları nələr olacaq?

Tərcümə edən: Fərid Hüseynli

Stephan King, "11/22/63" romanı

Con Kennedinin Dallasda qətlə yetirilməsindən təxminən yarım əsr keçir. Ancaq iki məsələ hələ də açıq qalır: həqiqətən tətiyi çəkən Li Osvald idimi; əgər o idisə, o, təkbaşına hərəkət etmişdimi?

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG