Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 22:35

"Avrasiya İqtisadi Birliyinin hələlik uğuru azdır"


AİB-nin sammiti
AİB-nin sammiti

Beynəlxalq Böhran Qrupu Avrasiya İqtisadi Birliyi : “Güc, Siyasət və Ticarət” adlı hesabatını yayıb.

2015-ci ildə yaradılan və Rusiya, Qazaxıstan, Qırğızıstan, Belarus və Ermənistandan ibarət olan bu qurumun post-sovet dövründə ən uğurlu qurum olacağı iddia olunur. Bunun tərəfdarları AİB-nin Avropa Birliyi və digər qurumlarla dialoq mexanizmi ola biləcəyini deyirlər. Tənqidçilər isə qurumda Rusiyanın dominat mövqeyini və üzv olanların hər birinin Qərblə əlaqələrinin məhdudlaşmasını göstərir.

BBQ yazır ki, Ukraynanın şərqindəki hadisələrdən və Krımın ilhaqından sonra Avropa Birliyinin də Avrasiya İqtisadi Birliyi ilə bağlı əlaqəli siyasəti yoxdur. Bir sıra Brüssel rəsmiləri istənilən danışığın əleyhinədir, digərləri isə əksinə, düşünürlər ki, Avropa Birliyi AİB-yə nə qədər çox cəlb olunsa, bu, üzv dövlətlərlə körpülər yaratmağa kömək edəcək.

Üzv dövlətlərin ticarət .əlaqələri hazırda necədir və strukturu nədir?

Beynəlxalq Valyuta Fondunun ststistikasını əsas götürən BBQ öz hesabatında yazır ki, məsələn, Ermənistanın 2015-ci ildə xarici ticarəti 4,273 milyard dollar olub. Bunun yarısı Rusiya ilə Avropa Birliyinin payına düşür, onlar arasında isə azacıq üstünlük Avropa Birliyi ilə ticarətdədir- AB ilə ticarət Rusiya ilə ticarətdən çoxdur. Çinlə ticarət Avropa Birliyi ilə ticarətin yarısı qədərdir.

Ermənistanın digər böyük ticarət tərəfdaşları İran, Gürcüstan, ABŞ və Türkiyədir.

XS
SM
MD
LG