Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:41

Qubad İbadoğlu: 'Azərbaycan bu fürsətləri itirdi'


Qubad İbadoğlu
Qubad İbadoğlu

►"İndiki şəraitdə Avropa Birliyi ilə çərçivə sazişi də əhəmiyyətlidir"

İyunun 6-da Brüsseldə Avropa Parlamentinin plenar iclasında “Azərbaycanın Avropa proqramlarında iştirakı” çərçivə sənədinin müzakirəsinə başlanıb.

Bundan əvvəl Azərbaycan Avropa Birliyinin (AB) Şərq Tərəfdaşlığı Proqramına qoşulmuşdu. Bu sənəd “Tərəfdaşlıq proqramı”ndan nə ilə seçilir? Azərbaycan demokratiyası üçün əhəmiyyəti nədir?

AzadlıqRadiosunun suallarını Azərbaycan Demokratiya və Rifah Hərəkatının rəhbəri Qubad İbadoğlu cavablandırır:

Qubad Ibadoğlu: 'Azərbaycan AB-yə daha yaxın olmaq fürsətlərini itirdi'
Gözlə

No media source currently available

0:00 0:01:24 0:00
Direct-ə keçid

– Qubad bəy, Şərq Tərəfdaşlığı Proqramı Çərçivəsində Ukraynada keçirilən görüşlərdə Azərbaycan AB ilə ikitərəfli əməkdaşlıq barədə təkliflər səsləndirmişdi. Bu çərçivə sənədi həmin təkliflərin tərkib hissəsidirmi?

– Həmin vaxt Ukrayna və Gürcüstan Avropa Birliyi ilə Assosiasiya sazişi imzaladı, Azərbaycan yalnız viza sadələşdirilməsi ilə bağlı razılaşma əldə etdi və AB ilə ikitərəfli əməkdaşlıq istəyində olduğunu vurğuladı. Sonradan AB ilə münasibətlərin gərginləşməsi bu yöndə də müzakirələri yarımçıq saxladı. Bu, Azərbaycanın AB-nin proqramlarından istifadə imkanları ilə bağlı iştirakı tənzimləyəcək.

– Sazişin adı da “Azərbaycanın Avropa proqramlarında iştirakı”dır.

– Bəli, Azərbaycanın AB-nin hansı proqramlarından istifadə edə biləcəyini müəyyənləşdirəcək. Burda təhsil, səhiyyə, mədəniyyət, sosial, iqtisadi, enerji və siyası proqramlar var. Müxtəlif istiqamətlər var. Bu sənəd “Assosiasiya sazişi” ilə bağlı deyil, ancaq bu sənəd qəbul edildikdən sonra Azərbaycanın AB-nin proqramlarında iştırak imkanları artacaq. Çərçivə sənədi təhsil, səhiyyə, mədəniyyət, sosial, iqtisadi, enerji və siyası sahələrdə Azərbaycanla əməkdaşlığın prinsiplərini müəyyənləşdirəcək. Əsasən şəffaflıq və hesabatlıq üzərində qurulacaq əməkdaşlığın başlıca qayəsi Azərbaycanla AB arasında inteqrasiyanı genişləndirməklə, ondan cəmiyyətin bəhrələnməsinə şərait yaratmaqdır. Məhz, bu çərçivə sənədi üzərində AB ilə ölkəmiz arasında əməkdaşlıq sazişinin də hazırlanması və imzalanması gözlənilir. Yəni hər şey qaydasında olsa, əməkdaşlıq sazişi yaxın 2-3 il müddətində imzalana bilər. Hərçənd hesab etmirəm ki, bu saziş Moldova, Ukrayna, Gürcüstan kimi Azərbaycanın da AB ilə daha da yaxınlaşmasının təminatı olacaq. Avropa Birliyi ilə Azərbaycan arasında görülməli olan kifayət qədər çox iş var.

HƏR GÜN YENİ VİDEOLAR BURADA -

– Demək ki, bu çərçivə sazişi Azərbaycanı Avropa Birliyinə aparan yol deyil, eləmi?

– Nə bu, nə də əməkdaşlıq sazişi Azərbaycanı Avropa Birliyinə aparmır. Azərbaycanı AB-yə Assosiasiya sazişi apara bilərdi. AB əməkdaşlıq sazişini bir neçə il əvvəl Rusiya ilə də bağlamışdı.

– Bu zaman çərçivə sazişi Azərbaycanı Assosiasiya Razılaşmasından çoxmu uzaqlaşdırır?

– Xeyr, yaxınlaşdırır. Ancaq əməkdaşlıq sazişinin daha çox enerji və iqtisadi sahələrdə bağlanması nəzərdə tutulur. Siyasi, insan haqları kimi məsələlər əməkdaşlıq sazişində əks olunmayacaq.

Avropa Parlamenti
Avropa Parlamenti

“İndi Gürcüstan, Ukrayna da Assosiasiya sazişi imzalaya bilməzdi”

– Qubad bəy, Azərbaycan istər dövlət, istər beynəlxalq qurumlarla kifayət qədər iqtisadi, enerji sazişləri imzalayıb. Azərbaycan ictimaiyyətinin AB-dən, əsasən, demokratiya və insan haqları ilə bağlı gözləntisi var. Bu halda, əməkdaşlıq sazişi Azərbaycan demokratiyasına nə verəcək?

– Təbii ki, gözləntilərimiz demokratiya, insan haqları sahəsində Avropa dəyərlərinin Azərbaycana gətirilməsindən ibarətdir. Amma, indiki halda, AB ilə Azərbaycan arasında münasibətlərin normallaşması üçün hətta çərçivə sazişi də önəmlidir. Avropa Parlamentində keçirdiyim görüşlərdə də hətta bəzi parlamentarlar deyirdi ki, bu saziş plenar iclasda müzakirəsiz qəbul olunsun. Mən Azərbaycanın AB ilə yaxınlaşmasının tərəfdarıyam, indiki şərtlərlə, indiki reallıqlarla bəlkə heç Ukrayna, Gürcüstan da Assosiasiya Razılaşmasını imzalaya bilməzdi. Çünki Rusiyanın bölgədə aqressiyası daha böyükdür və Gömrük İttifaqı, Avrasiya İttifaqı ilə bağlı coğrafiyası genişlənib. Vaxtında şansı itirdik, buna təəssüflənirəm. Proses gedirdi və Azərbaycanın Avropa Birliyi ilə münasibətləri yaxşı idi. Ukrayna, Gürcüstan, Moldova bu fürsəti dəyərləndirdi, biz isə yox.

____________________________________________________________

Bunlara da bax:
Gəncədə bir il öncə təmir olunan binada aqlay daşlar tökülür - VİDEO
Tbilisidə qızğın Azərbaycan müzakirələri. Hökumətyönlülərin etirazı

____________________________________________________________

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG