Keçid linkləri

2016, 27 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:14

-

İyulun 6-da Avropa Parlamentinin plenar iclasında “Azərbaycanın Avropa proqramlarında iştirakı” çərçivə sənədinin müzakirəsi keçiriləcək.

İqtisadçı Qubad İbadoğlu öz statusunda bu hadisənin Azərbaycandan ötrü əhəmiyyətini dəyərləndirib.

Q.İbadoğluna yazır ki, bu sənədin qəbulundan sonra Azərbaycanın Avropa Birliyinin proqramlarında iştirak imkanları artacaq.

Çərçivə sənədi təhsil, səhiyyə, mədəniyyət,sosial, iqtisadi, enerji və siyası sahələrdə Azərbaycanla əməkdaşlığın prinsiplərini müəyyən etməlidir.

“Əsasən şəffaflıq və hesabatlılıq üzərində qurulacaq əməkdaşlığın başlıca qayəsi Azərbaycanla Avropa Birliyi arasında inteqrasiyanı genişləndirmək, ondan cəmiyyətin bəhrələnməsinə şərait yaratmaqdır.

Məhz, bu çərçivə sənədi əsasında Avropa Birliyi ilə ölkəmiz arasında əməkdaşlıq sazişinin də hazırlanması və imzalanması gözlənilir. Çox güman ki, bu vacib əməkdaşlıq sazişi yaxın 2-3 il müddətində imzalanacaq."deyə Q .İbadoğlu ümidini ifadə edib.

Azərbaycan Avropa Birliyi ilə «Şərq Tərəfdaşlığı» Proqramı çərçivəsində əməkdaşlıq edir.

«Şərq Tərəfdaşlığı» Avropa Birliyinin altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir.

Azərbaycan rəsmiləri son illər bəyan edirlər ki, onlar artıq Avropa Birliyi və bu quruma üzv ölkələrlə ayrılıqda əməkdaşlığa üstünlük verir.

Düzdür, 2015-ci ildə Azərbaycan Avropa Birliyinin «Şərq Tərəfdaşlığı» sammitinin yekun Riqa bəyannaməsinə qoşulub.

Amma iclasda da qeyd olunub ki, Azərbaycanın yekun bəyannamə ilə əlaqədar öz qeyd-şərtləri var.

Müxalifət isə bu sazişin tezliklə imzalanacağına o qədər də nikbin yanaşmırlar. Onlar düşünürlər ki, hakimiyyət siyasi və iqtisadi islahatlardan çəkinir.

Günün bütün mövzuları

XS
SM
MD
LG