Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:23

Minlərlə Venesuela sakini Kolumbiya ilə gömrük məntəqəsinin açılmasını gözləmək üçün gecəni yuxusuz sərhəddə keçiriblər.

Onların çoxu yemək və dərman almaq üçün bir neçə saat yol gəlməli olublar.

İqtisadi böhrana görə, ölkədə ərzaq və dərman qıtlığı yaranıb.

Evdar qadın Ada Markes:

“Körpünü keçəndə və bu insan axınını görəndə ağladım. Bütün Venesuelanın mal dalınca qonşu ölkəyə düşmək istəməsinə İnana bilmirəm. Ərzaq məhsulları günbəgün qıtlaşır”.

Kolumbiya ilə sərhəd ötən ildən bağlıdır. Çünki Venesuela prezidenti Nikolas Maduro qaçaqmalçılıqla mübarizə aparmaq qərarına gəlib.

Amma bazar günü sərhəd 12 saatlıq açılıb.

Kolumbiya hakimiyyətinin məlumatına görə, bazar günü müxtəlif gömrük məntqələrindən ölkəyə 35 minə yaxın venesuelalı keçib.

Kolumbiya hökuməti insanların mağazalara tez çata bilməsi üçün xüsusi avtobuslar ayırıb.

Artıq günortayadək sərhədyanı şəhərlərdəki bir çox mağazaların piştaxtaları boşalıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG