Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:13

-

"Amma bu İran vətəndaşı bir azərbaycanlıdır. Səhərdən axşama qədər dediyiniz 50 milyon azərbaycanlının birisi. Hər il 31 dekabrda yalandan..."

"Babək Şirinsifət öz hesabına Qarabağ haqda film çəkəndə kimsə etiraz etmirdi ki, niyə iranlı rejissor Qarabağ haqda film çəkir. İndi Babək Şirinsifət nə qədər qonorar alır ki, bəziləri bu qalmaqalı salıblar..."

Rza Siami

MƏYUS OLDUM

Son günlərdə Azərbaycanın kino sahəsində bir qalmaqal baş verib. Xəbərlərdə oxudum ki, guya Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə bir xarici rejissor Bakıda tammetrajlı bədii film çəkir. Filmin adı “Üç gün və bir ömür”, rejissoru isə Babək Şirinsifətdir.

Buna etiraz yazıları oxudum. Yazırlar ki, niyə milli film başqa ölkənin vətəndaşına həvalə edilməlidir? Və ya başqa bir yazıda deyilir: Hansı iranlı rejissordur bu filmi çəkən? Kiarüstəmidir, Məxməlbafdır, Məcid Məcididir, Cəfər Pənahidir bura gələn? Bunları oxuduqda çox məyus oldum.

Babək Şirinsifət

Babək Şirinsifət

Babək Şirinsifəti az-çox tanıyıram... İllərdir Azərbaycanda yaşayır... Rejissor karyerası tam Azərbaycanda formalaşıb...

Azərbaycanda öz hesabına Qarabağ mövzusuna aid iki film çəkib: biri sənədli film (Sıfır saatın qatarı), digəri isə tammetrajlı film (Rami). Bundan əlavə, bir teleserialı da (Çaqqalın Nəfəsi) Azerbaycan telekanallarından yayımlanıb.

Amma nə oldu ki, o zamanlar kimsədən səs çıxmadı. Adam öz hesabına Qarabağ haqda film çəkəndə kimsə etiraz etmirdi ki, niyə iranlı rejissor Qarabağ haqda film çəkir. "Sıfır saatın qatarı” bir çox festivalda Azərbaycanı təmsil edib və Türkiyədə çox tamaşaçıya qaçqınların acıların göstərib.

İnanmırsızsa, gedin İrana, bir nəçə nəfərdən soruşun

İndi Babək Şirinsifət nə qədər qonorar alır ki, bəziləri bu qalmaqalı salıblar.

Filmin çəkiliş qrupu hamısı azərbaycanlılardır. Bircə rejissor İran vətəndaşıdır. Amma bu İran vətəndaşı bir azərbaycanlıdır. Səhərdən axşama qədər dediyiniz 50 milyon azərbaycanlının birisi. Hər il 31 dekabrda yalandan bir neçə mərasim qurub, boş-boş şüarlar səsləndiməklə Dunya Azərbaycanlılarının Həmrəyliyi mumkun deyil.

Abbas Kiarostami

Abbas Kiarostami

Yazıblar İrandan rejissor dəvət olurdusa niyə Kiyarüstəmi, ya Asgər Farhadi dəvət olmayıb. Bunu deyənlər nə dunya kinosundan bir şey anlayır, nə də İran toplumundan xəbərləri var.

Asghar Farhadi

Asghar Farhadi

İranda çox adam bilmir Qarabağ problemi nədir, Qarabağ haradadır. Onların içində azərbaycanlılar da çoxdur. İnanmırsızsa, gedin İrana, bir nəçə nəfərdən soruşun.

Kiyarüstəmi, ya Farhadinin nə vecinədir Qarabağ. İndi bir azərbaycanlı rejissor, o 50 milyonun birisi ürəkdən Qarabağın dərdini öz dərdi bilib öz hesabına (bəlkə də borc edib) iki film çəkib. Buna dəyər vermək lazımdır, ya yox!? İndi dövlət hesabına bir yeni film çəkir deyə aləm qarışıb.

Elə keçən il "Əli və Nino" filmini xarici rejissor çəkmədi bəyəm?! Asif Kapadiya. Hindistanlı. Kimsədən səs çıxdımı? Ya biz elə millətik ki, özumuzu aşağılayıb özgəni yüksəltməyi bacarırıq.

Rza Siami (solda), Həsən Məmmədov (ortada)

Rza Siami (solda), Həsən Məmmədov (ortada)

Kimsənin xətrinə dəymək istəmirəm... Amma bu sözlər mənim xətrimə dəydi. Çunki mənim də rejissor karyeramın çoxu Azerbaycanla bağlıdır. Bədii, sənədli filmlərimdə və teleseriyallarımda hər zaman azərbaycanlı aktyor, operator, bəstəkarlarla çalışmışam.

1997-ci ildən rəhmətlik Həsən Məmmədovla başlayan əməkdaşlıq bu günədək davam edir. 2011-ci ildə 100 nəfərə yaxın azərbaycanlı aktyor teleserialımda iştirak ediblər. Hamısı da öz hesabıma. Bu günə qədər də Azərbaycanda kimsədən bir qəpik belə, para almamışam. Amma İranda kimsə mənə etiraz etməyib ki, nədən azərbaycanlı aktyor, ya bəstəkar, ya kameramanla çalışıbsan. İranın parasını onlara niyə verirsən?

Gəlin adamlarımızı qoruyaq. Gerçəkdə həmrəy olaq. Kürd kinoçu və rejissor dostlarımız İranda, Türkiyədə, İraqda və Suriyada bu həmrəyliyi yüksək dərəcədə göstərirlər. Biz nədən edə bilməyək...

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG