Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:18

90 yaşlı qadın 70 illik işini tərk etmək fikrində deyil


Elena Griffing
Elena Griffing

-

Bu yaxınlarda San Franciskodakı xəstəxanada işə başlamasının 70 illiyini qeyd etmiş Elena Griffing yaxın zamanda təqaüdə çıxmağı planlaşdırmır. Onun 90 yaşı var. Bu vaxta qədər xəstəxanada müxtəlif vəzifələrdə çalışıb.

Ancaq işin hər günü onun üçün bayram olub: "Mən hər gün işə gəlməyi səbrsizliklə gözləyirəm... Xidmət göstərə biləcəyim hər bir şeydən həzz alıram…."

Bu hələ harasıdır? Xanım Griffing bu 70 ildə yalnız 4 gün xəstəlik məzuniyyəti götürüb. 15 il əvvəl bir bazar günü Berkeley xəstəxanasında appendisitdən əməliyyat olunan Griffing növbəti gün xalatını geyinib, palatasından bir mərtəbə aşağı düşüb və işə başlayıb:

"Nə olmuşdu ki? Əlləriməki heç nə olmamışdı, mən çap edə və görməli olduğum işləri görə bilirdim," -o deyir. Ancaq söhbət həkimin qulağına çatıb və o xəstəni evə göndərib. 20 yaşlı Griffing Alta Bates İcma Xəstəxanasında 1946-cı il aprelin 10-da işə başlayıb. O vaxt xəstəxananın yaradıcısı, tibb bacısı Alta Alice Miner Bates hər dəfə Griffingi xəstəxana dəhlizlərində görəndə ona deyirmiş ki, davanının hündürlüyü 7,5 santimetr olan ayaqqabıları bir də geyinməsin. Çünki o yıxıla, sonra da buna görə xəstəxananı məhkləməyə verə bilərdi. Xanım Griffing isə nə ayaqqabıları çıxarıb, nə yıxılıb, nə də xəstəxananı məhkəməyə verib:

"Hər dəfə o əsən barmağın mənə tuşlandığını görəndə öz çəkmələrimin içində əsirdim,”- deyə o xatırlayır. Griffing indi dabanının hündürlüyü 7,5 santimetr yox, 6 santimetr olan ayaqqabılar geyinir.

Xanım Griffingin xəstəxanadakı ilk işi laboratoriyada olub. O zaman qadınların hamilə olub-olmadığını təyin etmək üçün onların sidiyini qurbağalara və dovşanlara vururdular. Griffing patoloqun sağ əli olub və tezliklə qurbağalara kateter qoymaq üzrə ekspertə çevrilib. O, bundan başqa 10 il endokrinoloqla işləyib, daha 22 il xəstəxananın yanıq mərkəzində çalışıb. Hazırda o, həftədə dörd gün xəstələrlə münasibətlər şöbəsində işləyir:

"Mən özümü 20 yaşımdakından fərqli hiss eləmirəm. Doğrudan da bəxtim çox gətirib," o deyir.

Griffingin işə yeni başladığı zamanlarda Amerikada orta maaş 2500 dollar, benzinin 4 litri isə 15 sent idi. "Mən təzə işə başlayanda düşünürdüm ki, bir ətək pulunu qazanıram. Ancaq mənim maaşım ayda 120 dollar idi," deyə o xatırlayır. İndi xanım Griffing yaxınlıqdakı Orinda şəhərciyində rahat ömür sürmək üçün kifayət qədər pul qazanır. O, bağçılıqla məşğul olur, caza qulaq asır və əlbəttə ki, işə gəlir:

“Məndən olsa, onlar məni küçəyə atana, ya da qutuda çıxarıb küçəyə qoyana qədər qalıb işləyərəm,"- Elena Griffing deyir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG