Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:59

Werner Herzog'dan rejissorlara 24 məsləhət


Werner Herzog
Werner Herzog

-

"Rejissor Werner Herzog ilə rejissor Paul Croninin söhbətləri" kitabının arxasında çap olunmuş məsləhətlər

1. Hər zaman təşəbbüs göstər.

2. Sənə lazım olan kadrı çəkmək üçün həbsxanada bir gecə keçirməkdə pis bir şey yoxdur.

3. Bütün itlərini aç burax, biri ovla qayıda bilər.

4. Əzablarında dolaşıb qalma, kədər şəxsi saxlanmalı və qısa sürməlidir.

5. Səhvlərinlə yaşamağı öyrən.

6. Köhnə və müasir musiqi və ədəbiyyat biliklərini və anlayışı genişlət.

7. Əlinizdə tutduğunuz təzə lent rulonu bəlkə də yer üzündə sonuncudur, odur ki, onunla nəsə təsirli bir şey et.

8. Başladığın filmi bitirməmək üçün heç bir bəhanə ola bilməz.

9. Boltkəsəni özünlə hər yerə apar.

10. Xroniki qorxuya qalib gəl.

11. Əfv istə, icazə yox.

12. Taleyin öz əlində olsun.

13. Bir mənzərənin daxili mahiyyətini oxumağı öyrən.

14. Ocaq qala və tanış olmayan ərazini öyrən.

15. Dolanbadolan getmə, düz get.

16. Manevr et, çaşdır, amma həmişə (demək istədiyini) çatdır.

17. İmtinalardan qorxma.

18. Öz səsini inkişaf etdir.

19. Birinci gün - dönüşü olmayan nöqtədir.

20. Yaxana taxılan fəxri nişan film nəzəriyyəsi dərsinin uğursuz olması deməkdir.

21. Şans – kinonın qanıdır.

22. Ən yaxşısı gerilla taktikalarıdır.

23. Lazım gəlsə, qisas al.

24. Arxa tərəfdə ayı peyda olmasına hazır ol.

Kotke'yə istinadla OxuZalı

XS
SM
MD
LG