Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:19

-

Məşhur alman rejissoru, "Fitzcarraldo" filmi ilə Cannes Festivalının mükafatını qazanmış Werner Hersog kino tarixində ən çox sevdiyi 5 filmin adını açıqlayır:

"EYBƏCƏRLƏR" (1932)

Hersog-un ən çox xoşladığı filmdir. Amerika rejissoru Tod Browning-in bu bədii filmində gerçək səyyar sirk truppası çəkilib.

Burada "normal" aktyorlarla yanaşı fiziki cəhətdən qüsurlu adamlar - cırtdanlar da var.

Cazibədar gimnast Kleopatra eşidir ki, onun gözəlliyinə heyran olan liliput Hansa böyük miras qalıb. Kleopatra özünü Hansı sevirmiş kimi göstərir və onu öz cırtdan sevgilisi Fridadan ayrılmağa məcbur edir...

Rolları oynayan insanların zahiri görünüşü bir çox tamaşaçılar üçün əsl şok idi. Onlar kinoda belə şey görməmişdilər. Tamaşaçıların hiddəti, şikayətləri ona gətirib çıxarmışdı ki, film bir sıra ölkələrdə qadağan edilmişdi (Məsələn, Britaniyada bu qadağa 30 il davam etdi).

Filmi ixtisar etmək, bəzi epizodları kəsib-doğramağın da köməyi az oldu. Kommersiya uğursuzluğu az qala rejissorun karyerasına son qoyacaqdı. Amma 1960-cı illərdən başlayaraq yenidən film haqda danışmağa başladılar, "Eybəcərlər" kult filmə çevrildi. (Ardı aşağıda)

DƏHŞƏT FİLMLƏRİNİN "BABASI"

Werner Herzog-un sevimli filmləri arasında səssiz kino tarixinin şedevri "Dözümsüzlük" (1916, Amerika rejissoru D.W. Griffith), dəhşət filmlərinin "babası" sayılan "Nosferatu" (1922, rejissor F.W. Murnau) və Yapon rejissoru Akira Kurosaw-nın "Raşomon" (1950) filmləri də var. (Ardı aşağıda)

BƏSİT SÜJETİN DƏRİNLİYİ

Werner Herzog-un sevdiyi 5 filmdən biri də İranlı rejissor Abbas Kiyarüstəminin "Dostumun evi hardadır?" filmidir.

1987-ci ildə çəkilən bu film Əhməd adlı bir məktəblinin qonşu kənddəki dostunun evini axtarması hekayətini anladır. Dostunun dəftəri Əhməddə qalıb və əgər təcili dəftəri qaytarmasa, dostunu məktəbdən qova bilərlər. Zahirən çox bəsit görünən süjet əslində, vicdan, sədaqət, məsuliyyət kimi mövzulara toxunur, başqa sözlə gündəlik qəhrəmanlıqları simvolizə edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG