Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:19

-

Populyar Amerika aktrisası Scarlett Johansson fransız yazıçıya qarşı məhkəməni uddu.

Paris Məhkəməsinin qərarı ilə Gregoire Delacourt aktrisaya 2500 avro təzminat ödəyəcək.

Delacourt-un “Ən birinci nəyə baxırıq” (La premiere chose qu'on regarde) romanı 2013-cü ildə çap edilib.

Əsərin qəhrəmanının adı Scarlett Johansson-dur, o, Hollywood aktrisasının oxşarı və adaşıdır. O, bir maşın ustası ilə intim əlaqədə olur. Amma təkcə onunla yox.

Aktrisa iddiasında qeyd etmişdi ki, yazıçı icazəsiz olaraq onun adından kommersiya məqsədilə istifadə edib.

Johansson heç vaxt yaşamadığı intim əlaqələrin onun adıyla əlaqələndirilməsini çox ağrılı qəbul etdiyini, bunu alçaldıcı saydığını vurğulayıb.

O, mənəvi ziyana görə 50 min avro təzminat tələb edirdi. Bundan başqa kitabın başqa dillərə tərcüməsinin və onun əsasında film çəkilməsinin qadağan olunmasını istəyirdi (Məhkəmə iddianın bu hissəsini təmin etməyib).

Aktrisanın vəkili qərardan razı qaldığını bildirib. Yazıçının vəkili isə təzminat məbləğini “gülməli” adlandırıb.

Delacourt-un özü isə deyib ki, aktrisanın məsələyə belə ağırılı reaksiyasından çox məyus olub, amma buna baxmayaraq onu bir sənətçi kimi “sevməkdə davam edəcək”.

Kitabın indiyəcən 100 min nüsxəsi satılıb...

"The Telegraph"a istinadla Oxu zalı

Günün bütün mövzuları

XS
SM
MD
LG