Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:59

Dünya kinosunda müstəsna xidmətlərinə görə...


Mel Gibson
Mel Gibson

-

Karlovı Varı Kinofestivalının açılış günü ən nüfuzlu mükafat Amerika aktyoru, rejissoru "Cəsur ürək" filmində baş rolun ifaçısı Mel Gibsona verilib.

O "Büllur kürə"yə "dünya kinosundakı müstəsna xidmətlərinə" görə layiq görülüb.

Amma Çexiyanın yəhudi icması dərhal buna etirazını bildirib. İcma deyir ki, cənab Gibson öz yaradıcılığında anti-semit baxışları yayır.

Oxu zalı "Wall Street Journal"a istinadla xəbər verir ki, yəhudi icmasını dilləndirən Gibsonun İsa peyğəmbər haqda çəkdiyi "Passion of the Christ” filmidir. İcma deyir ki, film İsanın ölümündə yəhudilərin günahının olması haqda köhnə önyarğını yaşadır.

"Anti-semitizmin gücləndiyi bir zamanda cənab Gibsonun yaradıcılığı yəhudilərə qarşı nifrəti əsaslandırmaq üçün asanlıqla istifadə edilə bilər" - deyə Yəhudi Federasiyası təşkilatının sədri Petr Papousek bildirib.

Həm mükafata sevindiyini, həm də Karlovı Varıya heyran olduğunu bildirmiş aktyor özü hələ ki tənqidlərə cavab verməyib.

Festivalın təşkilatçıları isə yəhudi icmasının tənqidini anlayışla qarşılasalar da, bildiriblər ki, mükafatı Mel Gibsonun konkret filminə yox, ümumilikdə film karyerasına veriblər.

Festival iyulun 12-cən davam edəcək.

"Cəsur ürək" filminin treyleri

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG