Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 04:16

Məşhur kino tənqidçisinin sevimli filmləri


Roger Ebert
Roger Ebert

-

"Amma bu iradəli idmançı bir insan kimi dözülməzdir. Arvadını hətta qardaşına da qısqanır.

Özü formadan düşməsin deyə həyat yoldaşı ilə yaxınlıq edə bilmir, amma həm də onun hər addımını güdür..."

Amerikanın məşhur kino tənqidçisi Roger Ebert ölümündən 1 il əvvəl – 2012-ci ildə “Sight & Sound” jurnalına öz sevimli filmlərinin 10-luğunu açıqlamışdı.

Siyahıdakı bəzi filmlər başqa məşhur rejissorların sevimli filmləri ilə üst-üstə düşür. Məsələn, “Vətəndaş Keyn” həm də Stanley Kubruck-in sevimli filmidir. “Apokalipsis – bu gün” isə həm də Quentine Tarantinonun.

Ebertin digər sevimli filmlərindən:

“AGİRRE, ALLAHIN BƏLASI” (1972)

Alman rejissoru Werner Herzog-un bu filmi Cənubi Amerikada Eldorado (qızıldan olan şəhər) axtarışına çıxan avropalılar haqdadır. Halbuki Eldorado bir mifdir. Onları heç nə dayandıra bilməz. Lazım olsa, yerli əhalini də qırarlar. Onlar hətta ekspedisiyanın dayandırılmasını istəyən öz yoldaşlarına da rəhm etmirlər. Dəstə getdikcə kiçilir, dəstəbaşı tək qalsa da, Eldorado xülyasından əl çəkmir...

“ŞİRİN HƏYAT” (1960)

Italiya rejissoru Federico Fellininin şah əsəri sayılır.

Hadisələr Romada baş verir. Populyar jurnalist və yazıçı Marçello kübar dairələrdə hamının sevimlisidir. Qadınları əlcək kimi dəyişir. Onunla ənənəvi ailə qurmaq istəyən Emmaya “mən istəmirəm ki həyatımda yalnız bir qadın olsun” deyir.

Bu həyat tərzi onu hara aparır? Heç özü də bilmədən həmin məchulluğa doğru gedir...

“QIZMIŞ ÖKÜZ” (1980)

Amerika rejissoru Martin Scorsese-nin ən yaxşı filmlərindəndir.

Film peşəkar boksçu Ceyk Lamotta-nın avtobioqrafik kitabı əsasında çəkilib.

Filmdə uğursuzluq zolağından çıxa bilən Ceyk nəhayət çempion olur. Amma bu iradəli idmançı bir insan kimi dözülməzdir. Arvadını hətta qardaşına da qısqanır. Özü formadan düşməsin deyə həyat yoldaşı ilə yaxınlıq edə bilmir, amma həm də onun hər addımını güdür, evdə darıxan qadının dostları ilə görüşməsinə də qadağa qoyur. Ceyk elə alçaqlıqlar edir ki, axırda bütün yaxınları, arvadı, qardaşı da onu həyatlarından silirlər…

Roger Ebert-in 10-luğundakı digər filmlər:

“2001: Kosmik Odisseya” (Stanley Kubruck, 1968)

General (Buster Keaton, 1926)

Tokio hekayəti (Yasujirô Ozu, 1953)

Həyat ağacı (Terrence Malick, 2010)

Vertiqo (Alfred Hitchcock, 1958)

Rövşən

XS
SM
MD
LG