Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:35

Rüstəm Behrudi. Gənc yazarlara 10 məsləhət


Rüstəm Behrudi
Rüstəm Behrudi

-

1. Düzgünlüyünə əmin olduğunuz şeyi heç bir tənqiddən qorxmayaraq yazın.

2. İstedadın bir başqa adı da səmimiyyətdir. Yazılarınızda səmimi olun.

3. Görüntü yaratmaq üçün yazmayın.

4. Məhşur olmağa can atmayın, onsuz da şöhrət vaxtında özü gəlir. Canatmalar şeytan istəyindən başqa bir şey deyil.

5. Başqalarını alçaltmaqla ucalmağa çalışmayın. Bu, əclaflığın başqa adıdır.

6. Nə yazdığınızı bitirənədək heç kəsə söyləməyin.

7. Allahla əbədi müxalifətdə olmayan söz adamı nə qədər istedadlı olsa da, sıradan biri olur. Sıradan biri olmayın.

8. Kimdənsə təsirləndiyinizi bilən kimi nə qədər acı olsa da, yazdığınızı cırıb atın.

9. Nifrət elədiyiniz şeylərə də hərdən sevgi ilə baxın. Həyatın nə qədər gözəl olduğunu görəcəksiniz.

10. Yazdıqlarınıza tanrıyla bəndə arasındakı yol kimi baxın. Çünki günah tanrıyla bəndə arasındakı məsafənin ölçüsüdür. Günahdan yox, əzabdan qurtarmaq üçün yazın.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG