Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:40

«"Günəşli"də qaz sızması xəbərini versələr də...»


Günəşli, platformasında yanğın, 2015
Günəşli, platformasında yanğın, 2015

«Neftçilərlə apardığımız söhbətlərdən məlum olur ki, «Günəşli» yatağında boru xəttində xamutun boşalması nəticəsində qaz sızması olub. Bu haqda hadisə baş verməzdən 1 gün əvvəl telefonoqrama ilə mərkəzə xəbər verilib. Lakin onlara bildirilib ki, istehsalatı dayandırmaq olmaz». Bunları Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatı (NHMT) sədri Mirvari Qəhrəmanlı fevralın 1-də keçirdiyi mətbuat konfransında deyib.

«İŞÇİLƏRİ DƏRHAL ÇIXARMAQ OLARDI»

M.Qəhrəmanlının sözlərinə görə, neftçilər bildirib ki, insan itkilərini minimuma endirmək, müəyyən işləri məhdudlaşdıraraq, işçiləri dərhal çıxarmaq olardı.

Dekabrın 4-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) 28 May adına Neft və Qazçıxarma idarəsinə məxsus «Günəşli» yatağının 10 saylı platformasında yanğın baş verib. Yanğına sürətli küləyin yaratdığı dalğaların səbəb olduğu bildirilir.

ƏN AĞIR QƏZA

M.Qəhrəmanlının sözlərinə görə, Azərbaycanda dəniz neftçıxarma platforma və estakadalarında son illər baş vermiş qəzaların xronikasına nəzər yetirdikdə, dekabrın 4-də baş vermiş qəza qədər ağır hadisə olmayıb:

Günəşli yatağında qəza nəticəsində dənizə düşmüş qayıq
Günəşli yatağında qəza nəticəsində dənizə düşmüş qayıq

«Ağır hava şəraiti və güclü qasırğa qəza yerində olan 12 işçinin həyatına son qoydu, 19 işçi isə itkin düşüb, 32 nəfəri isə xəsarət alıb. Dekabrın 4-də şimal küləyinin sürəti saniyədə 38-40 metr, dalğanın hündürlüyü açıq dənizdə 8 metr və daha çox olub. Axşam saatlarında eyni istiqamətdə ara verməyən külək daha da güclənib, dalğaların hündürlüyü 9-10 metrə çatıb».

NHMT sədri deyir ki, dövlət qurumları ictimaiyyətə vaxtında məlumat verməyib, «ARDNŞ və Fövqəladə Hallar Nazirliyi «gecə yarısına kimi susmağa üstünlük verdilər. Hətta məlumat yaydılar ki, artıq platformadakı bütün işçilər yanğın baş verən ərazidən çıxarılıb.».

Hələlik SOCAR rəhbərliyi bu hesabata münasibət bildirməyib. Ancaq yanğından bir gün sonra, SOCAR, Fövqəladə Hallar Nazirliyi və Respublika Baş Prokurorluğu birgə məlumatda yanğına səbəb kimi təbii hadisə göstərilirdi. Faktla bağlı Cinayət Məcəlləsinin 225.2-ci (Yanğın təhlükəsizliyi qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG