Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:20

SOCAR dekabrın 4-də “Günəşli” və “Neft Daşları” yataqlarında baş vermiş qəza ilə bağlı yeni məlumat yayıb.

Şirkətdən APA-ya verilən məlumata görə, 2015-ci il, dekabrın 4-də “Günəşli” yatağındakı 10 saylı Dərin Dəniz Özülündə baş vermiş qəza nəticəsində platformadakı 63 nəfər işçidən 33-ü xilas olub, 11 nəfər həlak olub, 19 nəfər isə itkin düşüb.

Eyni zamanda həmin gün Neft Daşlarında baş vermiş qəza nəticəsində SOCAR-ın Nəqliyyat İdarəsinin 3 nəfər işçisi itkin düşüb.

“Günəşli” yatağından çıxarılmış işçilərə lazımi tibbi yardım göstərılib, bir nəfər - Ələkbərov Bəxtiyar isə yanıq xəsərəti ilə Əziz Əliyev adına Cərrahiyyə Klinikasının Yanıq Mərkəzində müalicə alır.

Günün bütün mövzuları

XS
SM
MD
LG