Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:42

-

«Günəşli» yatağındakı qəzadan sonra 4 qaz quyusunun söndürülməsi üçün hazırlıq tamamlanmaq üzrədir. Bu işlə ABŞ-dan dəvət edilmiş mütəxəssislər məşğuldur. Onlar alovu söndürmək məqsədilə quyuların üzərini bağlayacaqlar.

Bu haqda AzadlıqRadiosuna qəzadan sonra yaradılmış qərargahdan məlumat verilib.

Qeyd edək ki, qəzadan sonra iki neft quyusundakı alov bir neçə günlük cəhdlər nəticəsində söndürülüb.

Qəzada itkin düşənlərin axtarışları isə davam etdirilir. «Bu gün axtarışları Dövlət Sərhəd Xidmətinin 3 gəmisi və bir kateri aparır. Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidməti isə sahil boyunca axtarışları davam etdirir. Hələlik yenilik yoxdur».

Qərargahdan bildirilər ki, itkin düşənlərin axtarışlarının dayandırılması ilə bağlı qərarı ancaq qəza ilə bağlı yaradılmış dövlət komissiyası verə bilər. Ancaq yaxın 15 gündə belə qərarın verilməsi gözlənilmədiyi deyilir.

Dekabrın 4-də baş vermiş qəzada 7 nəfər ölüb, 23 nəfər itkin düşüb. Bundan başqa, fırtına «Neft Daşları»nda 3 nəfəri dənizə atıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG