Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:30

"Hekayənin düyününü açınca nə qədər dostumun xətrinə dəydim"


Ziya Alar
Ziya Alar

-

"Həmin an o uşağı dənizdən sağ çıxarmaq üçün manevr etmək lazımdır. Tam bir gün düşündüm. İşdə, evdə, yolda. Xəyallarımı heç cür ayıra bilmirdim qəhrəmanımdan."

"Bakı Dövlət Universitetində cavabları yazmaq üçün paylanan ağ vərəqləri verilən suallar üzərində öz fantaziyalarımla doldurub necə yüksək qiymətlər aldığımı görürdüm."

Azərbaycan ədəbiyyatına gələn ən yeni nəsillə maraqlananırsınızmı? "Arzularımın gəmisi", "Oyuncaq" hekayələrinin müəllifi Ziya Aları daha yaxından tanıyaq.

- 1987-ci ildə doğulmuşam, orta məktəb təhsilimi doğulduğum kənddə - Biləsuvar rayonunun İsmətli kənd orta məktəbində 2005-ci ildə başa vurmuşam. Həmin il Bakı Dövlət Unıversitetin Dinşünaslıq fakultəsinə daxil oldum, 2010-cu il buranı bitirdim.

Yaradıcılığa olan sonsuz marağım sayəsində daha sonra Azərbaycan Dövlət Pedeqoji Universitetinin Əlavə Təhsil Fakultəsinə qəbul olundum, 2013-cü ildə buranı Filologiya ixtisası üzrə bitirdim.

Ədəbiyyata marağım uşaqkən formalaşmışdı. Məktəbimizdə uşaqları ədəbiyyata həvəsləndirən müəllimlərimiz vardı. Hələ ibtidai siniflərdə oxuyanda Nizaminin “Xəmsə”sini, Firdovsinin “Şahnamə”si, Mark Tvenin “Tom Soyyerin macəralarını” və başqa əsərləri oxumuşdum.

Bakı Dövlət Universitetinin həyətində kitab yarmarkası
Bakı Dövlət Universitetinin həyətində kitab yarmarkası

Yaza bilmək bacarığımı isə çox gec kəşf etdim, BDU- da oxuduğum vaxtlar idi. İmtahan və seminarlarda bilmədiyim suallarla qarşılaşırdım.

Cavabları yazmaq üçün paylanan ağ vərəqləri verilən suallar üzərində öz fantaziyalarımla doldurub necə yüksək qiymətlər aldığımı görürdüm.

Beləcə, özümü sınadım və bir roman yazdım. Roman istədiyim kimi alınmışdı. Lakin yeni romanımı yazdıqda birinci romanıma mənə sadəcə yazmaq təcrübəsi verdiyi üçün təşəkkür etməyim qaldı. Qeyd edim ki, yeni dediyim romanın ("İtmiş Bozqurd") mövzusu təhlükədə olan genefonumuzun xilası uğrunda çabamdır...

İlk hekayəm AYB-nin “Ulduz” dərgisində yayımlandı. Hekayəmi dərgiyə təqdim edib telefonum nömrəmi də yazmışdım. Bir zəng gəldi, zəng edən Vüsal Nuru idi, çox bəyənmişdi hekayəmi. “Sənin içində yazıçı var, onu inkişaf etdir” deyirdi. O gündən Vüsal Nurunun qayğısını üzərimdə hiss edirəm. Hekayələrimin redaktəsini Vüsal Nuru edib.

- Sənin üçün yaxşı, alınmış hekayə nədir, bir hekayəni hekayə kimi uğurlu edən nədir?

İllüstrasiya
İllüstrasiya

- Mənim üçün alınan hekayə ya kövrəltməli, ya da güldürməlidir. Orta yol yoxdur. Oxucuda bu iki təsirdən birini qoymağı bacardınsa, deməli, təqdir etdiyin baxışı yeritdin və alındı.

Hekayəni hekayə kimi uğurlu edən isə ünvanlandığı oxucu kütləsinin zövqüdür. Söhbət təkcə bədii zövqdən getmir...

- Hekayə necə olmamalıdır?

-...Hekayə hadisə danışmaq üçün deyil. Hekayədən zamanın səsi, mühitin qoxusu duyulmalıdır.

- Bəs dünya yazıçılarından kimləri oxuyursan?

- ...Mopassan, Çexov və O.Henrinin hekayələri daha çox xoşuma gəlir. Təbii ki, Turgenev, Dostoyevski, Oscar Wilde və Coelho'nu da sevə-sevə oxuyuram.

- Hekayələrindən birinin yazılma şəraitini xatırlasan, bu tarixçə necə olub?

- Sizə “Arzuların gəmisi” adlı hekayəmin yazılmasından danışacam. Bu hekayə bir uşağın beşikdəykən onu tərk edən atasını axtarmasından bəhs edir. Atasının yerini öyrənir, lakin ora gəmi ilə getmək lazımdır. Buna görə də o, kağızdan gəmi düzəldib dənizə tullayır, özü də kağız gəminin içində oturur.

Hekayə dramatik sonluğa yaxınlaşır, amma mən bu hekayəyə pozitiv sonluq vemək fikrindəyəm. Onu da fikirləşmişəm, dənizdə tor qurmuş balıqçılar xilas edəcəklər uşağı. Lakin onlar uşağı xilas etmək üçün suya baş vuranda o, çoxdan ötmüşdü. Artıq uşaq ölüb - düşünür hekayənin bu yerində oxucu.

Demək istədiyim də burada başlayır elə. Həmin an o uşağı dənizdən sağ çıxarmaq üçün manevr etmək lazımdır. Tam bir gün düşündüm. İşdə, evdə, yolda. Xəyallarımı heç cür ayıra bilmirdim qəhrəmanımdan.

Kimsə məni danışdırıb xəyallarımı qəhramanımdan ayırardısa, hirslənərdim ona. Bir bilsəniz həmin gün nə qədər əzizlərimin, dostlarımın xətrinə dəymişəm. Bunu hekayənin düyününü açıb, qələmə alıb yüngülləşdikdən sonra anladım. Təsəvvür edin, səhəri gün acıqlandığıma görə dörd nəfərdən üzr istəməli oldum.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG