Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:26

-

Dünyanın mühüm ədəbiyyat tribunalarından biri olan "The Paris Review" dərgisinin baş redaktoru, tənqidçi Lorin Stein bu həftə "New York Times" qəzetində müasir ədəbiyyat haqqında "Naqilsiz sözlər" adlı yazı yazıb. O, müasir ədəbiyyatda "yaxşı"nın, "pis"in nə olduğuna dair mülahizələrini bölüşüb.

Məqalənin əsas hissələrini təqdim edirik:

"Eyni şey şeirə də, nəsrə də aiddir. Bu gün çoxlu “ədəbi” hekayənin və romanın arxasında eyni bir səsi eşidirəm: bu, klaviaturada yazan barmaqların səsidir. Söhbət həm bizim jurnala göndərilən, həm də başqa yerlərdə oxuduğum mətnlərdən gedir.

Təhkiyəçinin səsini eşitməli olduğum, əsərdə məsələn, nahar süfrəsi arxasında əyləşmiş ailəni görməli olduğum vaxt, məhsulunu irəli itələməyə çalışan müəllifi görürəm, yazı masası arxasında oturmuş, şok etmək, cəlb etmək üçün əlindən gələni edən yazıçının görüntüsü yazıdan önə keçir.

Browne Henriette, "Yazan qız" rəsmi

Browne Henriette, "Yazan qız" rəsmi

Aktyorluq sənətində “ictimai tənhalıq” deyilən bir metod var. Bu, səhnədə, tamaşaçıların qarşısında tək, tənha olmaq qabiliyyətidir.

Auditoriyaya necə göründüyünün qayğısına qalmadan, onları unudaraq tək-tənha olmağı bacarmaq deməkdir. Yalnız bu zaman sənətkar bir xarakter yarada, səhnədəki digərlərinə yaxşı fikir verə və ifa edərək səhnəni canlandıra bilər.

Hekayə yazmaq da belə bir ictimai tənhalıq tələb edir. Necə səsləndiyin sənin vecinə olmamalıdır. Xarakterlərin xoşagəlimlidirmi, maraqlıdırmı – belə şeylər düşünməməlisən. Səhnənin içində olmalısan – əllə toxunula bilən masanın arxasında, gün işığında əyləşərək, görünməyən reallıqda mövcud olan insanlara - xaraktelərinə baxmalısan.

(Heyrətediləcək qədər çox yazıçılar var ki, səslər eşidirlər, özü də məcazi mənada yox. Onlar başlarının içində xarakterlərinin səslərini eşidirlər)…

Bütün bu səbəblərdən, nəsr yazmaq yaxşı tvit yazmağın, Instagram fidi aparmağın tam əksi olan işdir.

Nəsr yazmaq öz həyatından yazmağın peşəyə çevrildiyi yazıların tam əksidir.

Qeyri-peşəkar yazıçılara ehtiyacımız var.

İndi bizim həmişəkindən də çox, şəxsi dünyası öndə gələn, qeyri-peşəkar yazıçılara ehtiyacımız var. Əlbəttə ki, Elena Ferrantenin Neapolitan trilogiyasının “Mənim mübarizəm” kitabı kimi vurucu əsərlərin vəhşi uğuru da bu ehtiyacımızla əlaqədardır.

ABŞ-da beş il öncə başlanmış ədəbiyyatın kiçik intibahı adlandıra biləcəyim yeni nəsil yazıçıların da uğuru bununla bağlıdır. (Bu yerdə Loren Stein yeni yazıçıların adlarını çəkir)

Bu yeni nəsil yazıçılar oflayn rejimdə işləyirlər, sözün hərfi və məcazi mənasında. Onlar bizə intimliyə dair, səhnədə tənha olduqlarına dair əminlik verirlər. Onlar bizə məhsul naminə “mən”dən yazmadlqlarını göstərirlər.

Onların esselərini, əsərlərini oxuyanda ətraflarındakı sükutu hiss edirik. Fikrə qərq olmuş bədənin sakitliyini duyuruq. Belə şeylər nə əsərdə, nə də həyatda saxtalaşdırıla bilməz.

İndi ədəbiyyata belə yazılar gərəkdir. Həm də ona görə ki, indi belə yazmaq çox çətindir."

Günün bütün mövzuları

XS
SM
MD
LG