Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 15:03

►Qoruğun inzibati binasını zəbt edən fermerlər istədiklərini alana qədər onu tərk etməyəcəklərini bildiriblər.

Problemsə ondadır ki, onlar getmələri üçün hansı şərtlərin yerinə yetirilməsini dəqiqləşdirməyiblər.

Şənbə günü iki yerli ranço sahibini dəstəkləmək üçün keçirilən yürüş hökumət əleyhinə geniş etiraza çevrilib və Burns yaxınlığında federal hökumətə məxsus Malheur Milli Təbiət Qoruğunun binasının ələ keçirilməsi ilə nəticələnib.

Bu qoruq yüzlərlə məməli heyvan və quş üçün yaşam arealıdır.

"Biz lazım olduğu qədər burada olacağıq," etirazçıların sözçüsü Ammon Bundy telefonla CNN-ə deyib .

"Biz heç kimə qarşı güc tətbiq etmək niyyətində deyilik. Anca bizə qarşı güc tətbiq edilsə biz müdafiə olunacağıq."

Özü nevadalı ranço sahibinin oğlu olan sözçü deyib ki, onlar torpaq hüquqları uğrunda mübarizə aparırlar.

Buna da bax: Yerevanda müxalifətin "yolka aksiyası" dağıdıldı- [Video]

Bəs binanın zəbtinə nə səbəb olub?

Malheur Milli Təbiət Qoruğu

Malheur Milli Təbiət Qoruğu

Şənbə günü Burnsdə fermerlər yanğın törətməkdə ittiham edilən Dwight və Steven Hammond adlı ata-oğul ranço sahiblərinin həbsinə qarşı etiraza başlayıblar.

Hammondlar deyiblər ki, onlar 2001-ci ildə öz mülkiyyətlərini alaq otlarının yayılmasından və təbii yanğınlardan qorumaq üçün yanğın törədiblər, ancaq yanğın nəzarətdən çıxıb.

Ata və oğul bu bazar ertəsi həbs cəzalarını çəkmək üçün həbsxanaya gəlməli idilər.

Etirazçıların sözçüsü Ammon Bundy-nin sözlərinə görə, rəsmilər Hammondları torpaqlarını satmaqdan imtina etdiklərinə görə cəzalandırırlar. O deyib ki, bu, xüsusən də torpaq hüquqları məsələsində hökumətin özbaşınalığının nümunəsidir.

Etirazçıların sözçüsü deyib ki, binası zəbt edilmiş qoruq (təbii rezervasiya) 1900-cü ildən bəri 100 rançonun ərazisi hesabına genişlənib və indi də ranço sahiblərinin və mədənçilərin hesabına böyüməkdə davam edir.

Oreqonun prokuror əvəzi isə deyib ki, Hammondlar haqlı olaraq ittiham ediliblər. Onlar brakonyerlik hərəkətini ört-basdır etmək məqsədilə 130 akrlıq (52,6 hektar) dövlət torpaqlarına od vurublar. Prokuror əvəzi həmçinin deyib ki, Hammondlara verilmiş beş illik həbs cəzası bu növ cinayətlər üçün verilmiş ən minimal cəzadır.

Etirazçıların sözçüsü deyib ki, binası zəbt edilmiş qoruq (təbii rezervasiya) 1900-cü ildən bəri 100 rançonun ərazisi hesabına genişlənib və indi də ranço sahiblərinin və mədənçilərin hesabına böyüməkdə davam edir.

Buna da bax: Azərbaycanlılar Türkiyədə son 3 ilə 500 şirkət açıblar

Onun sözlərinə görə, hadisələrin cərəyan etdiyi Harney vilayəti əvvəllər ölkənin ən zəngin vilayətlərindən biri olub, indi isə ən kasıblardan biridir.

Silahlı etirazçılar binanın içinə girəndə içəridə işçilərdən heç kim olmayıb.

Etirazçıların nə istədiyi soruşulanda sözçü belə deyib: "İnsanlar torpaqdan və resurslardan azad şəkildə və qorxusuz istifadə etməlidirlər. Biz bilirik ki, bu, müəyyən qədər vaxt alacaq."

"Biz terrorçu deyilik," Bundy deyib. "Biz narahat olan vətəndaşlarıq və biz bilirik ki, əgər uşaqlarımıza nəsə ötürmək istəyiriksə hərəkət etməliyik."

Hammondlarsa deyiblər ki, onlar Bundy-nin dəstəsindən kömək istəmirlər.

Hammondların vəkili vilayətin şerifinə yazıb ki, sözügedən qrupdan heç kim Hammond ailəsinin adından danışmır.

Bazar ertəsi səhəri də daxil olmaqla binada polis olmayıb. Lakin Federal Təhqiqatlar Bürosu (FTB) vəziyyəti araşdırdığını bildirib.

Təhsil rəsmiləri bildiriblər ki, vilayətin bir rayonunda dərslər yanvarın 11-nədək təxirə salınıb.

XS
SM
MD
LG