Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:38

Obama silah zorakılığına qarşı təkbətək


Prezident Obama uşaqları silah zorakılığından qoruyacağı barədə çox sayda bəyanatlar verib (Foto arxivdəndir).

Prezident Obama uşaqları silah zorakılığından qoruyacağı barədə çox sayda bəyanatlar verib (Foto arxivdəndir).

Prezident bildirib ki, valideynlərdən, müəllimlərdən və uşaqlardan çox sayda şikayət məktubları alır və artıq fəaliyyətsiz dayana bilməz

ABŞ prezidenti Barack Obama bəyan edib ki, ölkədə baş alıb gedən silah zorakılığınaa qarşı birtərəfli qaydada tədbirlər görəcək. Bu isə o deməkdir ki, o, fərdi silahlara nəzarət məsələsində qərar qəbul edə bilməyən Konqresdən yan keçən sərəncamlar verəcək.

Özünün yeni ildə ilk çıxışında prezident Obama bəyan edib ki, görüləcək tədbirləri müzakirə etmək üçün baş prokuror Loretta Lynch-lə məsləhətləşəcək.

Obama deyib ki, Konqresin bu barədə heç bir tədbir görmək istəmədiyi vəziyyətdə, o bir prezident kimi səlahiyyətlərindən istifadə etmək məcburiyyətindədir.

Heç olmasa, nəsə

Təhlilçilər deyirlər ki, prezident bu istiqamətdə silah lobbisinin və respublikaçıların güclü əks-hücumları ilə qarşılaşmalı olacaq.

Lakin prezident bildirib ki, valideynlərdən, müəllimlərdən və uşaqlardan çox sayda şikayət məktubları alır və artıq fəaliyyətsiz dayana bilməz.

Mağaza piştaxtasında

Mağaza piştaxtasında

“Biz bilirik ki, hər bir zorakılıq hərəkətinin qarşısını ala bilmərik, - deyib Obama, - Amma gəlin belə zorakılıqlardan heç olmasa birinin qarşısı almağa çalışaq”.

Obama deyib ki, Konqres “uşaqlarlarımızı silahlı zorakılıqdan qorumaq üçün, heç olmasa, nəsə etməlidir”.

O etiraf edib ki, Konqresdə, “sağlam düşüncəli silah qanunu”nun qəbulu üçün dəstək qazana bilməməsi onun prezidentliyinin ən böyük məyusluğudur.

Təhlilçilər bildirirlər ki, prezident silahlara nəzarət istiqamətində bir sıra tədbirləri təkbaşına görə bilər.

Bunlardan biri də, silah dilerlərindən müştərilərin kimliyi barədə müfəssəl məlumatın tələb edilməsidir.

Rəis Obamanı inqilabla qorxudur

Lakin hətta bu tədbirin də görülməsində prezident ciddi müqavimətlə üzləşəcək.

Texasda qəbul olunmuş yeni qanun adamların silahı açıq gəzdirməsinə icazə verir

Amerika mətbuatı yazır ki, artıq Milli Silah Assosiasiyası bu barədə təbliğat videosu buraxıb.

Üstəlik Texasda qəbul olunmuş yeni qanun adamların silahı açıq gəzdirməsinə icazə verir.

Texas polisinin rəisi prezidentə xəbərdarlıq edərək deyib ki, “amerikalıların tərksilah edilməsi inqilaba səbəb ola bilər”.

Mətbuat yazır ki, fərdi silahlarla bağlı zorakılıqların ildən-ilə artmasına baxmayaraq, silahlara qarşı hər hansı qanunvericilik təşəbbüsü uğursuzluğa düçar olur.

Məsələn 2013-cü ildə Konnektikutdakı məktəbdə 20 uşağın qətli ilə nəticələnmiş atışmanın ardınca demokrat və respublikaçıların birgə təqdim etdikləri qanun 60 səsə görə qəbul olunmamışdı.

XS
SM
MD
LG