Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:57

Yerevanda müxalifətin "yolka aksiyası" dağıdıldı- [Video]


Yerevanda müxalifətin "yolka aksiyası" dağıdıldı
Gözlə

No media source currently available

0:00 0:01:42 0:00

Yerevanda müxalifətin "yolka aksiyası" dağıdıldı

Bazar günü Yerevan məhkəməsi “Yeni Ermənistan” hərəkatının üzvü Gevork Safaryanı iki ay müddətinə azadlıqdan məhrum edib.

-

Bazar günü Yerevan məhkəməsi “Yeni Ermənistan” hərəkatının üzvü Gevork Safaryanı iki ay müddətinə azadlıqdan məhrum edib.

O, Yeni il axşamı “hakimiyyət nümayəndəsinə qarşı zorakılıq” etməkdə ittiham olunub.

Bu barədə AzadlıqRadiosunun Erməni xidməti - Azatutyuna siyasi fəalın vəkili Tiqran Ayrapetyan məlumat verib.

Vəkil əlavə edib ki, Gevork Safaryan elə məhkəmə zalında aclığa başladığını bəyan edib.

“O dedi ki, ona qarşı Nubaraşen təcridxanasında əvvəllər zorakılığa və hədə-qorxuya əl atılıb. İndi isə o aclıq elan edib və bildirib ki, aksiyanı onu ayrıca kameraya yerləşdirməyincə davam etdirəcək” – deyib vəkil.

Safaryanı 5 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyə bilər.

Vəkilin sözlərinə görə, məhkəmə onu 2 ay müddətinə həbs edərkən başqa bir iş üzrə - 24 apreldə iğtişaşlara hazırlıqda ittiham edildiyini bildirib. Məhkəmə həmçinin bildirib ki, Safaryan istintaqın gedişini təsirləndirə bilər.

Buna da bax: Azərbaycanlılar Türkiyədə son 3 ilə 500 şirkət açıblar

Yolka aksiyası

Gevorg Safarian
Gevorg Safarian

Lakin vəkil Tiqran Ayrapetyan bu qənaətdədir ki, məhkəmə Safaryanın ötən may ayından ölkəni tərk etməmək barədə iltizam altında olduğunu və bu iltizamı pozmadığını nəzərə almalı isdi.

Odur ki, məhkəmə onun barəsdində həbs qətimkan tədbirini seçməməli idi.

Azatutyun xatırladır ki, “Yeni Ermənistan” hərəkatının üzvləri Yeni il gecəsində Yerevanın Azadlıq meydanında şam ağacı yerləşdirməyə cəhd göstəriblər.

Bunun nəticəsində fəallar və polis arasında toqquşma olub. Həmin vaxt polis məntəqəsinə 5 nəfəri gətirsələr də, orada təkcə Safaryanı saxlamışdılar. Çünki Safaryan barədə xüsusi milis qüvvəsinin 4-cü alayının komandiri Geqam Xaçaturyan fərdi qaydada şikayət vermişdi.

Safaryanın vəkili deyir ki, onun müştərisi Xaçaturyanın hərəkətlərindən daha əvvəl şikayət etsə də, bu ərizəyə baxılmayıb.

Buna da bax: Daş karxanalarına ikinci zərbə…

Zərərçəkən polis "meymunlara" qarşı

Yanvarın 3-də Safaryanın partiyadaşları Yerevan polisinin qarşısında etiraz aksiyası keçiriblər.

Xaçaturyan özünün Facebook səhifəsində yazıb ki, polis asayişi “avara meymunlardan” qoruyur

Aksiya iştirakçılarından Qagik Yeqiazaryan deyib ki, onlar Yeni il gecəsi dinc tədbir keçirməyə cəhd edərkən polis onlara hücum çəkib.

“Yeni Ermənistan”ın başqa bir üzvü – Varujan Avetisyan deyir ki, sözü gedən toqquşmanın ən fəal iştirakçısı elə polis komandiri Geqam Xaçaturyan olub və o özünü “rinqdəki kimi aparıb”.

Polis nəfəri Xaçaturyan özünün Facebook səhifəsində yazıb ki, “polis asayişi “avara meymunlardan” qoruyur”.

Bu gün, yanvarın 4-də isə artıq Xaçaturyanın evi qarşısında etiraz aksiyası keçirilib.

Etirazçılar polis komandirinin ictimai qınağa çəkilməsini tələb ediblər.

Ermənistan polisinin mətbuat xidməti xəbər verib ki, Xaçaturyanın evinin qarşısında aksiya keçirənlərdən beş nəfəri saxlanıb. Onların arasında Safaryanın qardaşı və qardaşı arvadı da olub. Onları sonradan sərbəst buraxıblar.

Polis nəfəri Geqam Xaçaturyan iki il bundan əvvəl siyasi fəal Şant Arutyunyanın işi üzrə də zərəçəkən kimi keçirdi.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG