Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:17

Ermənistanda üzümçülər yolu bağlayır


Ermənistan üzüm bağları
Ermənistan üzüm bağları

Ararat vilayətinin üzümçüləri hələ iki ay əvvəl təhvil verdikləri üzümün pulunu ala bilmədikləri üçün yolu bağlamaqla təhdid edirlər.

Kaxtsraşen kəndinin sakinləri deyirlər ki, üzümü kənddə fəaliyyət göstərən “Vinar” şirkətinə satıblar, özü də az qala su qiymətinə. Məhsulu bazar qiymətindən çox ucuz qiymətə satmağa məcbur qalıblar, ümid ediblər ki, heç olmasa Yeni ilə kimi pullarını ala biləcəklər.

KİLOSUNU QƏPİYƏ...

Kaxtsraşendə 630 ailədən 430-u üzümçülüklə məşğuldur. Kəndlilərin sözlərinə görə, əllərində olan pulu bağların inkişafına qoyublar. Ancaq payızda isə topladıqları məhsulun kilosunu hətta 40 drama satmağa vadar olublar.

(1 dollar 480 dramdır. Qiyməti Azərbaycan manatına çevirəndə, üzümün kilosunu 12 qəpiyə satıblar - Red.)

“Gəlir götürmədik, heç olmasa xərclədiyimiz pulu ala biləydik”, - fermerlər deyirlər. Onlar gileylənirlər ki, kəndin başçısı onlardan üzümün kiloqramını 110 drama alacaqlarına söz veribmiş, ancaq sonradan bu qiymət az qala iki dəfə aşağı salınıb – 60 drama razılaşıblar.

ÜZÜM ALANIN DA PULU YOX...

“Vinar” şirkətinin direktoru Avet Qalstyan bildirir ki, pulları olmadığı üçün ən azı bu il kəndlilərin borcunu ödəyə bilməyəcəklər. İş adamı bunun səbəbini onunla izah edir ki, 500 ton üzüm tədarük etməyi planlaşdırsalar da, hesab-kitabdan qırağa çıxıblar, daha çox - 3000 ton üzüm alıblar. Nəticədə şirkətin 200 milyon dram borcu yığılıb, şərabı satmadan həmin borcu ödəmək mümkün olmayacaq. Hər halda, Avet Qalstyan belə söyləyir.

"ERMƏNİSTANDA CƏMİ BİR NEÇƏ İŞ ADAMI BORCUNU BAĞLAYIB"

“Üzümün miqdarı 500 tonu keçəndə mən hamıya bəyan etdim ki, qalan vəsaiti mart-aprel aylarında ala biləcəklər. Respublikada cəmi bir neçə iş adamı borcunu ödəyib, əksəriyyət borcunu bağlaya bilməyib, ancaq bizim şirkətlə bağlı problem yoxdur. Mən onlarla görtüşdə də dedim ki, mart ayına borcu ödəyəcəyimi söyləsəm də, çalışıb daha tez verəcəm”, - Avet Qalstyan deyib.

Ararat sakinləri yardım etmələri üçün hökumətə və prezident dministrasiyasına müraciət ediblər. Tədarük şirkətinin direktoru da hökimətdən kömək gözlədiyini gizlətmir.

“Əgər kredit verilərsə, mən çox az vaxtda borcumun heç olmçasa 50 faizini ödəyəcəm. Ancaq bu nə qubernatordan asılıdır, nə də məndən. Bu daha yüksək instansiyaların verəcəyi dəstəkdən asılıdır”, - “Vinar” şirkətinin direktoru deyir.

XS
SM
MD
LG