Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:58

Ermənilər Putini ruslardan çox sevirmiş


Yerevanda Putinin həyat və fəaliyyətinə həsr olunmuş klubun önü. 2013

Yerevanda Putinin həyat və fəaliyyətinə həsr olunmuş klubun önü. 2013

►Sorğunun nəticələri açıqlandı

"Gallup International" təşkilatı, ilin sonunda apardığı sorğuların nəticələrinə əsasən, dünya liderlərinin həm öz ölkələrinin daxilində, həm də xaricindəki reytinqlərini dərc edib.

(Bu qurumun məşhur Amerika təşkilatı olan Gallup olmadığı, eyni adlı Avropa təşkilatı olduğu bildirilir.)

Sorğuların nəticələri göstərib ki, Rusiya prezidenti Vladimir Putinin fəaliyyətini Rusiyada respondentlərin 72% müsbət qiymətləndirirsə Ermənistandakı repondentlərin 79%-i müsbət qiymətləndirir.

Dünya liderləri arasında öz ölkəsində ən böyük reytinqə malik olan da Putindir.

Liderlərin ölkələri öz xaricindəki reytinqlərinə gəlincə isə Putinə ən yüksək qiyməti Ermənistan respondentləri verib – 79%. Onun ardıca Vyetnam (76%) və Serbiya (72%) gəlir. Ancaq ümumən Putinin xaricdəki qiymətləri müsbətdən çox mənfi olub.

ABŞ və Avropa ölkələrinin liderləri isə öz ölkələri xaricində mənfidən daha çox müsbət qiymətlər alıblar. Hamıdan çox müsbət qiyməti Barak Obama alıb – 59%.

Günün bütün mövzuları

XS
SM
MD
LG