Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 03:56

“VTB-Ermənistan” bankına da sanksiya


Ermənistanın Gənclər və idman nazirliyi VTB- Ermənistan bankı ilə saziş imzalayır
Ermənistanın Gənclər və idman nazirliyi VTB- Ermənistan bankı ilə saziş imzalayır

ABŞ-ın Maliyyə Nazirliyinin rəsmi saytında Amerikada hesabları dondurulmuş, Amerika şirkətləri və vətəndaşları ilə əməkdaşlığı qadağan edilmiş hüquqi və fiziki şəxslərin siyahısı dərc olunub. Başqa bir siyahıda isə amerikan şirkətləri və vətəndaşlarından uzunmüddətli investisiya cəlb etməsi qadağan olunmuş şirkətlərin adları göstərilib.

VTB-Ermənistan bankının adı ikinci qrupdadır. Onun adının qarşısında bu bankın Rusiyanın VTB bankı ilə bağlı olduğu qeyd olunub.

Bu məlumatın yayılmasından bir neçə saat sonra VTB-Ermənistan açıqlama ilə çıxış edib. Bildirib ki, bank yüksək likvidlik və kapital göstəricisini saxlamaqla əvvəlkitək adi rejimdə işləyir. Açıqlamada o da deyilir ki, bankın alternativ qərarlar qəbul etməsinə heç bir ehtiyac yoxdur. Çünki sanksiyalar ABŞ-dan yalnız 30 gündən artıq müddətə vəsait cəlb etməyi məhdudlaşdırır.

BANK ÖZÜNÜ O YERƏ QOYMUR

VTB-Ermənistan bankının baş direktorunun müavini Armen Sargsyan Azadlıq Radiosuna müsahibəsində bildirib ki, sanksiyalar bankın fəaliyyətinə təsir göstərməyəcək. Çünki onlar vəsaiti Amerikanın maliyyə bazarından yox, özlərinin ana şirkəti olan VTB bankından cəlb edirlər. Sargsyanın sözlərinə görə, sanksiyanın müştərilərə də təsiri olmayacaq. Bank müştəriləri qarşısında öhdəliklərini yerinə yetirməkdə davam edir.

Sanksiyalara səbəb Ukraynada davam edən münaqişədir. Vaşinqton 2014-cü ildən Rusiya şirkətlərinə və vətəndaşlarına sanksiyalar tətbiq etməyə başlayıb. Ancaq indi sanksiyaların əhatə dairəsinə digər ölkələrdə fəaliyyət göstərən Rusiya kapitallı şirkətlər də daxil edilir.

Ermənistandan başqa, Ukrayna, Belarus, Moldova, Gürcüstan, Azərbaycan, Avstriya və İsveçrədə də Rusiya kapitallı şirkətlərə sanksiyalar tətbiq olunub.

VAXTINDA XƏBƏRDARLIQ EDİLMİŞDİ

Ötən ilin iyulunda ABŞ hökuməti Rusiya şirkətlərinə və vətəndaşlarına ilk dəfə sanksiya tətbiq edəndə Amerikanın Yerevandakı səfiri bəyanatla çıxış etmişdi. O, Ermənistan hökumətini və binesmenlərini sanksiya altındakı rusiyalı məmurlar və şirkətlərlə əməkdaşlıq edəcəkləri təqdirdə onları gözləyən risklər barədə xəbərdar etmişdi.

İqtisadçı Vaqan Xaçatryana görə, sanksiyalar bankın nüfuzuna mənfi təsir göstərəcək: “VTB bankı ilə bu və ya digər şəkildə əlaqəsi olanlar, yaxud əməkdaşlıq etməyi planlaşdıranlar məhz sanksiya faktorunu nəzərə alıb, artıq bu bankdan uzaq durmağa çalışacaqlar. Onunla hətta hansısa bir iş görməli olsalar belə, bunu mümkün qədər məhdud səviyyədə etmək istəyəcəklər”.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG