Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:35

Evlərdə faciə olmuş kimi gündə bir neçə dəfə dava-dalaş edirlər


Tural Şahtaxtinski

Tural Şahtaxtinski

- "Ataları onları yalnız idmana göndərir və buna məcbur edir. Bu yolla öz tərbiyə borcunu bitirmiş hesab edir. Anaları isə hər an səbəbsiz yerə onları döyür, qışqırır..."

Tural Şahtaxtinski

Tərbiyə olunan uşaqlar

Bu yaxınlarda evlərinə tez-tez qonaq getdiyim qohum ailənin uşaqları ilə xeyli söhbət elədim.

Hər ikisi məktəbli olduğu üçün daha çox məktəbdən və yoldaşlarından suallar verirdim, amma onlar bu mövzularda danışmağa o qədər də maraqlı deyildilər.

Onlar üçün daha maraqlı olan mövzular məhəllədə yoldaşları ilə dalaşmaqları və idman zalında baş verənlər idi. Bu, məni çox təəccübləndirdi. Hər biri danışdıqca onlarda kin, aqressiya hiss edirdim.

Uşaqlar

Uşaqlar

Sanki bütün ətrafa etiraz, nifrət aşılamaq istəyirdilər, bütün insanlar onların gözündə səhv və mənasız görünürdü.

Nə qədər də çətin olsa, onlarla daha yaxşı, daha gözəl söhbətlər etdim. Amma əminəm ki, bu, heç nəyi dəyişmədi.

Mövzuya həmin məktəbli uşaqlardan başlamağıma səbəb elə həmin uşaqların ailədə necə tərbiyə olunduğunu, onların gözümün önündə döyülməsi və valideyinləri tərəfindən necə təzyiqə məruz qalmasını daha yaxından izləməyim oldu.

Ataları onları yalnız idmana göndərir və buna məcbur edir. Bu yolla öz tərbiyə borcunu bitirmiş hesab edir. Anaları isə hər an səbəbsiz yerə onları döyür, onlara qışqırır və evdə faicə olmuş kimi gündə bir neçə dəfə səs-küy olur.

Biz küçədə, ailədə, məktəbdə, bir sözlə, hər yerdə anaların uşaqlara qarşı səbəbsiz aqressiyasının, uşaqları döyməsinin şahidi oluruq. Bu hadisələr kənardan açıq şəkildə görünür.

Amma heç vaxt bunun qınandığının şahidi olmururuq. Məlumdur ki, hətta uşaq səhv bir addım da atsa döyülməməlidir, amma döyülür. Bütün bunlar niyə baş verir və bu olanlara cəmiyyətdə niyə qınaq yoxdur?

Ana və uşaq

Ana və uşaq

Qeyd edim ki, çox az hallarda atalar uşaqlara əl qaldırdığının şahidi olmuşam.

Analar uşaqların geyiminə, saç düzümünə, yerişinə, davranış qaydalarına həddindən çox diqqət edirlər.

Demək olar ki, onların hər bir saniyəsini izləməklə məşğuldurlar və onların hər hərəkətinə etraz etməyi sevirlər.

Məsələn, bəzən ailədə uşaqlara kitab oxu deyib, sonra kitab oxuduğu üçün döyə bilərlər. Cəmiyyət bütün bunlara uşaqların tərbiyə olunması, uşaqların qorunması adı qoysa da əslində elə deyil.

Övlad sahibi olandan sonra onlar elə başa düşürlər ki, vəzifələri yalnız uşaqları izləmək və onların bütün hərəkətlərinə etraz etməkdir.

Cəmiyyət bunlara haqq qazandırmaqla özlərinin yarımçıqlığını, illərlə içlərində gizlətdikləri kini uşaqlar uzərindən üzə çıxarırlar.

Onlar öz həyatlarının məhv olmuş hissəsini övlad sahibi olandan sonra bərpa etmək istəyirlər.

Qadınların ailədə həddindən çox qadağalarla böyüməsi gələcəkdə övladlarına qarşı bu qədər aqressiv olmalarına səbəb olur. Onlar bunun fərqində deyillər.

Övlad sahibi olandan sonra onlar elə başa düşürlər ki, vəzifələri yalnız uşaqları izləmək və onların bütün hərəkətlərinə etraz etməkdir.

Mən həmişə deyirəm kitab oxumağı anamdan öyrənmişəm. Yəqin ki, bu sözləri eşidən kəslər elə başa düşürlər ki, anam məni özü alışdırıb kitab oxumağa, yəqin elə bilirlər ki, o, hər gün məni bir yolla qarşısında oturdub məcburi kitab oxutdurub, amma bu, əsla belə deyil.

İllüstrasiya

İllüstrasiya

Anam heç vaxt mənə deməyib ki, gəl kitab oxu. Anam sadəcə hər gün gözümün önündə kitab oxuyub.

Bütün günü məni izləməklə məşğul olmayıb və mən zamanla anlamışam ki, mən kitab oxumağı anamdan öyrənmişəm, məndə kitaba sevgi yaranıb.

Ona görə hətta uşaqları kitab oxusun deyə, şiddətə yol verən valideyinləri qınayıram. Onlar səmimi deyillər.

Bu gün uşaqların ətrafa qarşı kinli, aqressiv olmasına səbəb onların ailədə səbəbsiz yerə döyülməsi, söyülməsi, qadağalara məruz qalması olur.

Buna səbəbsə qadınların özlərinin uşaqlıqdan bu cür böyüdüməsidir. Hətta uşaqlıqdan qocalana qədər həyatları bu cür davam edir.

Hadisələr zəncirvari bir-birini əvəzləyir, nəticədə bu cür xoşagəlməz mənzərələr yaranır.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

Günün bütün mövzuları

XS
SM
MD
LG