Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:59

Otello niyə qaradərilidir?


Otello
Otello

- Bugünlərdə Britaniyanın Metropolitan teatrı Otellonun daha qaradərili aktyorlar olmayacağını elan etdi.

ABŞ-da Metropolitan teatrında Otello, 2015
ABŞ-da Metropolitan teatrında Otello, 2015

Otellonu ənənəvi olaraq, bütün dünyada qaradərili aktyorlar oynayıb. Elə Azərbaycan teatları da Otellonu qara qrimlənmiş aktyorların öhdəsinə veriblər həmişə.

Amma Şekspirin qəhrəmanı Otellonun milliyyəti bəzi Şekspirşünaslar arasında hələ də mübahisəlidir.

Şekspir əsərin orijinal ingiliscəsində onun milliyyətini “Moor” kimi göstərib. Bu hansı millətdir? Sözün yunan dilindəki "mauros"-dan gəldiyi güman edilir ki, bu da qara deməkdir.

"Moor" sözü gah Şimali Afrikada yerləşən Mavritaniyanın yerli xalqını bildirmək üçün işlədilib. İndi bu ölkə - Mərakeş və Əlcəzairə uyğun gəlir.

Gah "Otello" pyesindəki bu söz İspaniya və Portuqaliyanı fəth etmiş ərəblərə aid edilib. Gah da "Moor" bütün qaradərili afrikalılara aid edilib.

E.A.J Honigmann Arden Shakespeare” əsərində yazır ki, kraliça Elizabetin dövründə “qara” termini bugün zənn edildiyi kimi qaradərili afrikalıları bildirmirdi.

Dərisinin rəngi tünd olan insanlara aid edilirdi. Bu isə o deməkdir ki, Otello çox da qara deyil, tünddərili (əsmər) ərəb də ola bilərdi.

Onun fikrincə, bugün (11 sentyabrdan sonra) yazılsaydı, Şekspir "moor" deyəndə saqqallı, müsəlman ərəbi nəzərdə tutacaqdı.

Peter Ackroyd
Peter Ackroyd

Peter Ackroyd “Şekspirin bioqrafiyası" kitabının müəllifi kimi deyir:

“Otellonu afrikalı və ya qərbi hindli saymaq düzgün deyil. Onun dərisi zeytuni olub. Şekspir sırf teatrın simvolizm təbiətini nəzərə alaraq, onun qara olmasını vurğulayır.”

İspan Otello

Ackroyd, Otellonu əsmər ispan kimi görür. Şekspir bu pyesi yazanda İspaniya siyasətində baş verənlərdən xəbərdar idi. O zaman Londonda əsmər ispanların böyük icması vardı. Kraliça onları deportasiya etmək istəyirdi.

Ackroyd, Otellonun ispan olduğunu sübut etmək üçün pyesin digər iki qəhrəmanının adlarının ispan adı olnasına diqqət çəkir – Rodriqo və Yaqo.

Baxmayaraq ki, bu əsərin əsas süjetinin Geraldi Cinthio’nun “Yüz hekayət” kitabından götürüldüyü haqda geniş yayılmış fikir var, Ackroyd hesab edir ki, bu pyes ispan kralı Philip II haqqındadır. Bu ispan kralı çox qısqanc olub, elə dəsmal məsələsi üstündə arvadını yataqda boğub.

Ərəb otello

Abd el-Ouahed ben Messaoud ben Mohammed Anoun - belə bir ərəb səfir olub. Onun dərisi zeytuni olub, amma adı Otellonun prototipi kimi çox hallanır.

Kraliça I Elizabeth rəqs məclisində
Kraliça I Elizabeth rəqs məclisində

Bu səfir kraliça Elizabetin həyətində olub. Deyirlər, Şekspir onu orada görüb, hətta bir pyesini onun qarçısında oxuyub.

Amma buna da güclü kontr-arqument var: 1600-cü ildə Şekspirin yaşadığı şəhərdə John Leo Africanus’un "Afrikanın coğrafi tarixi" adlı kitabı çıxıb, Şekspir onu oxuyub və kitabın təsirilə qəhrəmanını afrikalı edib.

Afrika xristianları da Şekpspirin gündəlik həyatını yaşadığı yedə çox olublar. Şekspir onların Elizabet cəmiyyətində irqçilik çətinliklərilə mübarizəsindən xəbərdar idi...

O illərdə kraliça Elizabetin sarayında "qara maska tədbiri" adlı sosial toplantı olurmuş. Kraliça və qadınları o tədbirdə qara geyib üzlərini “həbəşlər kimi qaraldırdılar”.

Başqa versiyalar

Otello və Dezdemona
Otello və Dezdemona

Bəzi müəlliflərsə Elizabet dövründə "Moor" sözünün populyar diskursda qara olduğunu deyirlər. Bunu sübut edən erkən ingilis səyyahlarının yazıları var.

1577-ci ildə Richard Eden mərkəzi Afrikaya gedib, oranı “qara moorlar” yeri adlandırıb.

Bu, o zaman etnik identifikasiya idi. George Peele’in "The Battle of Alcazar" əsərində (1590) Muli Hamet adlı surət qaradərilidir, "moor" kimi tanıdılır.

1625-ci ildə "Moor Otellonun faciəsi" (The Tragedie of Othello the Moore) adlı bir anonim nəğmə yazılıb, orada bu tamaşadan söz açılır, baş rolu qaradərili Dicke Burbidge adlı aktyorun oynadığı deyilir.

Deməli, əgər Otellonu o zaman qaradərili afrikalı aktyor oynayıbsa, Şekspir onu görüb və məmnun olub.

Yeni Otello

Oetllo və Dezdemona
Oetllo və Dezdemona

Hər halda Şekspirin Otellonu afrikalı, ispan, yoxsa ərəb nəzərdə tutduğu qeyri-müəyyən hesab edilir.

Tamaşalarda Otello həm ərəb, həm afrikalı, amma daha çox afrikalı kimi səhnələşdirilib.

Günümüzdə Otellonun rəngi, milliyyəti, həttta cinsi üzərində eksperiment etmək yayılmaqdadır.

1990-cı ildə ağdərili Michael Gambon tamaşada Otellonu ərəb kimi oynayıb.

Berlində 2011-ci ildə isə "Deutsches Theatre" Otellonu hətta ağdərili qadın kimi canlandırıb, onu alman aktrisa Susanne Wolff oynayıb.

Ənənəçilərsə bu rolu Şekspirin "öz istədiyi kimi", qaradərili afrikalı aktyorların ifa etməsini israr edirlər, amma Şekspir heç kəsin şəxsi brendi olmadığından radikal otellolar qaçılmazdır. Daimi yeniləmə hər şeydə olduğu kimi, bu məsələdə də təxəyyülümüz üçün vacibdir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG