Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:59

-

Dünya boksunun əfsanəsi Mike Tyson indiyəcən bir çox bədii filmlərə və seriallara çəkilib. Daha doğrusu, orada özünü oynayıb.

Məsələn, Sylvester Stallone-nin “Rocky Balboa” filmində Tyson-u da görmək olar.

Britaniyanın “Mirror” qəzeti yazır ki, keçmiş dünya çempionu, William Shakespeare-in pyesi əsasında filmdə Otellonu oynamaq istədiyini bildirib:

“Otello – meydan oxumaq deməkdir. Mənə onu teatrda yox, kamera qarşısında oynamaq daha asan olardı. Çox çətin roldur, çox məşq etmək lazımdır. Bir qaradərili oğlanın Otellonu oynması əla olardı, elə deyilmi?”

2013-cü ildə rejissor Spike Lee-nin “Mike Tyson. Həqiqət şübhə doğurmur” adlı filmi ekranlara çıxmışdı. Tyson orada səhnədən tamaşaçılara öz həyatını danışır.

Günün bütün mövzuları

XS
SM
MD
LG