Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:21

- Qonşu ölkələrin modern sənət axınları

Qonşu ölkələrin bugünkü sənət səhnəsindən danışarkən Almaniyada doğulmuş (1967), Türkiyədə böyümüş Taner Ceylandan danışmamaq mümkün deyil.

O, Türkiyənin ən önəmli rəssamlarındandır. Memar Sənan Universitetininin Rəsm bölməsini bitirirb, bir müddət müəllim işləyib. Almaniyada, ABŞ-da və Türkiyədə sərgiləri olub.

Bir çox rəsmləri Martin Browne, Dan Cameron, Fethi Pekin kimi şəxsi qalereyalarda, Dr. F. Nejat Eczacıbasi Fondu Muzeyi və Scheringa Realist İncəsənət Museyində saxlanır.

Foto kimi rəsmlər çəkir. Marginaldır.

Onun əksər rəsmləri kişi bədənini göstərir. Özünü özülə sevişərkən təsvir edən rəsminə görə, Türkiyədə iş yerini itirib.

Özündənrazı qadın duruşu, sarışın bir kişinin bədənindəki qadın rəsmi kimi əsərlərində bədənlər və surətlərlə oyuncaq kimi cəsarətlə oynayır.

Öz yaradıcılığını "Romantik realizm" kimi təyin edir. "Tamaşaçıların mənim rəsmlərimdə rəngləri deyil, nəsnənin özünü görməsini istəyirəm. Qana baxdıqları zaman qırmızını deyil, qanı görsünlər... Bu rəsmimdə isə ruhu görmələrini istəmişəm. İki bədəndəki iki ayrı ruh halını."

Aşağıdakı müsahibəsinə baxmaqla onun öz rəsmlərini necə izah etdiyini öz dilindən dinləmək daha maraqlıdır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG