Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:17

- Qonşu ölkələrin modern sənət axınları

Çağdaş rus rəssamı

Vasiliy Vladimiroviç Şultsenko (1949) Moskva Poliqrafiya İnstitutunu bitirib. Moskvada yaşayır və işləyir. Əsərləri dünyanın bir çox muzey və qalereyalarında saxlanır.

Vasiliy Şultsenkonun çoxlu rəsmlərinə bu qalereyanın səhifəsində baxmaq olar.

"Rusiyada onu ya tərifləyirlər, ya da nifrət edirlər" - bu cümlə onun bioqrafiyasına daxildir. Tərifləyirlər ki, rus ruhunu çox yaxşı duyur. Nifrət edirlər ki, rus ruhuna və rus insanına nifrət edir.

Bir müsahibəsindən:

"- Nədir, “pis rus sifətləri” Qərbdə yaxşı satılır?

Vasiliy Şultsenkonun bir rəsm əsəri

Vasiliy Şultsenkonun bir rəsm əsəri

- Rəsmlərimin çoxunu doğrudan da, Amerikada satıram. Amma bilirsinizmi, orada bu rəsmlərin Rusiyaya sevgilə dolu olduğunu düşünürlər!

Rusiyada isə hətta dostlarım mənə deyirlər: “Rusları sevmirsən, Vasya.”

Mənimsə bir rus kimi soruşmağa haqqım var: “Sizi niyə sevməliyəm?”

Biz dünyanın ən pis adamlarıyıq. Acıqlı, tənbəl, paxılıq. Məsələn, bir amerikalı deyər: “Dostum Semə afərin, uğurlu insandır.” Bizim kəndin sərxoşu isə işləyən, uğurlu kişiyə nifrət edir.

Böyük rus ürəyi haqda mif yalnız içki içəndə böyük olur."

Onun rəsmləri kəskin, senzurasız və qroteskdir. Bir sözlə, bu rəsmləri anti-qlamur adlandırmaq olar.

Günün bütün mövzuları

XS
SM
MD
LG