Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:22

- Qonşu ölkələrin modern sənət axınları

Mixail Qolubev (1981) çağdaş Rusiya rəssamıdır. 2002-ci ildə Rusiyanın əyalətində Omsk Dövlət Universitetinin Təsviri İncəsənət fakültəsini bitirib, 2007-ci ildən Sankt-Peterburqda yaşayır. Rusiyada çoxlu sərgiləri olub. Əsərləri Rusiyada və xarici şəxsi qalereyalarda saxlanır.

Rus sənətşünaslar onun rəsmlərini orijinal "fikir rəsmləri" adlandırırlar. Səliqəli, açıq rənglərlə işlənmiş bu rəsmlərin hərəsi bir ideyaya əsaslanır.

Məsələn, "Sabahınız xeyir" adlı rəsmdə tutqun şəhər mənzərəsi təsvir olunur. Svetaforun işıqları yanmır, elə ağac da rəngsizdir. Yoldakı iki maşınsa svetafor rənglərindədir: yaşıl və qırmızı...

"Bir adamın dörd yaşı" adlı rəsmdə uşaqlıq, gənclik, orta yaş və qocalıq dövründə olan eyni bir adam təsvir olunur, son üçünün sol döşündəki pəncərədən birinci görünür.

"Ruslar təslim olmur" adlı əsərində rusun bayrağı dənizdir. Rusu irəli aparan dənizə açılmaq eşqidir.

Rəsmlərinə bu keçiddən keçməklə baxmaq olar. Aşağıdakı rəsm onun ən məşhur əsəridir.

Günün bütün mövzuları

XS
SM
MD
LG