Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:23

Demokratların qələbəsi Azərbaycana nə vəd edir?


Elektron səsvermə, Virciniya ştatı
Elektron səsvermə, Virciniya ştatı

Bakıda fəal siyasi dairələrdə belə fikirlər var ki, Amerika Birləşmiş Ştatları Konqresinə keçirilən seçkilərin tək bu ölkənin ictimai-siyasi həyatında yox, bütünlükdə dünyada baş verən proseslərə müəyyən təsir gücü var. Hətta «Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyir ki, bu seçkilərin nəticələri prezident Buşun bundan sonrakı iki illik fəaliyyətində Amerikanın xarici siyasətini müəyyən edən əsas amillərdən biri ola bilər. Elxan Şahinoğlu deyir ki, əgər demokratlar parlamentin hər iki palatasında mütləq çoxluq əldə edəcəklərsə, istər-istəməz prezident Buş İraq siyasətində nisbətən ehtiyatlı mövqe tutmağa başlayacaq. Ancaq, onun sözlərinə görə, bu heç də İraqdan ordunun geri çağırılacağı anlamına gəlməməlidir.


Politoloq Rasim Musabəyov da hesab edir ki, seçkidə demokratların qələbə çaldıqları təqdirdə Buş hökumətinə təzyiqlərin artacağı şəksizdir. Onun sözlərinə görə bu, hökuməti İran böhranı ətrafında da daha ehtiyatlı mövqeyə sövq edə bilər. Rasim Musabəyovun sözlərinə görə İraqdan fərqli olaraq İrana münasibətdə onsuzda Buş hökuməti daha səbirli mövqe nümayiş etdirir. Siyasi müşahidəçilər seçkilərin nəticələrini Azərbaycanın mənafeyi baxımından da təhlil etməyə çalışırlar. Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyir ki, ABŞ Konqresində qüvvələr nisbətinin dəyişib-dəyəşməməsindən asılı olmayaraq bu ölkənin Cənubi Qafqazla bağlı siyasətində ciddi yeniliklər baş verməyəcək. Onun sözlərinə görə, Azərbaycanla Amerika Birləşmiş Ştatları strateji müttəfiqlərdir. Politoloq Rasim Musabəyov isə deyir ki, əgər seçkidə demokratlar üstünlük qazansalar Azərbaycandakı demokratik proseslərə daha həssas münasibət bəslənə bilər: «Demokratlar qələbə çalacaqsa insan haqları ilə bağlı Azərbaycan hakimiyyətinə təzyiqlər artacaq».


«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə yada salır ki, hər il prezident Buş 907-ci düzəlişin dayandırılması ilə bağlı müvafiq addımlar atır. Bu faktdır ki, 1991-ci ildə ABŞ Konqresində Azadlığı Müdafiə Aktına edilən bu düzəliş ABŞ-ın Azərbaycana iqtisadi yardımları məhdudlaşdırırdı. Onun sözlərinə görə konqresdə demokratların qələbəsi Azərbaycanın mənafeyi ilə səsləşməyən qanun layihələrinin gündəliyə gətirilməsi ilə nəticələnə bilər. O, hətta erməni soyqırımı iddiaları ilə bağlı layihələrin müzakirəyə çıxarılma imkanlarının artmasını də istisna etmir. Bununla belə Elxan Şahinoğlu hesab edir ki, demokratların qələbə çalacaqları təqdirdə belə cəhdlər olsa da nə soyqırım iddiaları ilə bağlı layihələrin konqresdə ciddi dəstək qazanması, nə də 907-ci düzəlişin bərpası inandırıcı görünmür. Elxan Şahinoğlu deyir ki, bütün hallarda hökumətlə konqres arasında müəyyən uzlaşmalar olacaq. Onun fikrincə, ABŞ-da müttəfiqləri seçkilərin nəticəsi deyil, əbədi maraqlar müəyyən edir.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG