Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:34

«Vaşinqtonda Ermənistana əlavə təzyiq vasitələri axtarırlar»


«NATO-yla daha sıx münasibətlər Azərbaycana bir neçə məsələdə müsbət təsir göstərə bilər»

«NATO-yla daha sıx münasibətlər Azərbaycana bir neçə məsələdə müsbət təsir göstərə bilər»

«Azərbaycan NATO-yla münasibətlərdə balanslı mövqe tutur, regionda Rusiya və İran, ABŞ və Avropayla normal əlaqələr saxlayır. Ancaq NATO-yla daha sıx münasibətlər Azərbaycana bir neçə məsələdə müsbət təsir göstərər». Bunu ABŞ-ın Harvard Universitetinin Xəzər Araşdırmaları Mərkəzinin direktoru Brenda Şaffer «Azadlıq» radiosuna müsahibəsində deyib. Xanım Şafferin sözlərinə görə, həmin məsələlərdən biri orduda islahatlar, Silahlı Qüvvələrin modernləşdirilməsi, hərbi büdcənin şəffaflığının təmin olunması, ikincisi isə Dağlıq Qarabağ münaqişəsinin həllilə əlaqədardır.

B.Şaffer deyir ki, Vaşinqtonda Ermənistanın bu münaqişənin həllində güzəştə getməsinə nail olmaq üçün ona əlavə təzyiq vasitələri axtarırlar. Azərbaycan NATO vasitəsilə bu güzəştləri qopara bilər. Məsələn, gələcəkdə Ermənistanın NATO-ya üzvlüyü üçün münaqişənin həllində daha çox güzəştə getmək əsas şərt kimi qoyula bilər. Azərbaycan hökuməti buna çalışmalıdır.


Ancaq noyabrın 14-də ««Qonşuluq Siyasəti» çərçivəsində Azərbaycanla Fəaliyyət Planı imzalayacaq Avropa Birliyi (AB) ilə münasibətlər NATO-yla olduğundan fərqlidir: Xanım Şaffer: «İllər boyu ermənilər Avropada daha güclü siyasi mövqe tutublar. Çünki erməni lobbisi Avropaya uğurlu inteqrasiya edib. Məncə, Avropada Azərbaycanın mövqeyini daha az başa düşürlər, yəni kim torpaqlarını itirib, hazırda torpaqları tutan, yoxsa torpağı tutulan daha çox güzəştə getməlidir kimi məsələlərdə».


Brenda Şafferin fikrincə, Avropa Birliyinin Fəaliyyət Planında da Dağlıq Qarabağ münaqişəsinə dair konkret öhdəlik qoyula bilməz. Çünki, ümumiyyətlə, Avropa Birliyi öz siyasətində münaqişələrlə bağlı detallara varmır, problemin həllinin vacibliyini bildirir. Dağlıq Qarabağ münaqişəsinin həllində isə birlik təşəbbüs irəli sürmür, Minsk Qrupunun fəaliyyətini dəstəkləyir.


Günün bütün mövzuları

XS
SM
MD
LG