Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:19

İndiki mövqedə qalmaq, geri çəkilmək, yoxsa?..


İraqda öldürülən Amerika hərbçilərinin dəfn edildiyi Arlinqton qəbiristanlığı, 25 oktyabr 2006
İraqda öldürülən Amerika hərbçilərinin dəfn edildiyi Arlinqton qəbiristanlığı, 25 oktyabr 2006

ABŞ-ın İraq siyasətində qarşısında duran mümkün variantlar barədə Birləşmiş Ştatların keçmiş diplomatı Riçard Holbruk «Vaşinqton Post» qəzetində prezident Corc Buşa açıq məktubunda yazıb. Holbruk vaxtilə Bosniya müharibəsinin dayandırılmasına kömək edib. İndi də İraqdan çıxmağın xeyrinə arqumentlər gətirir. Onun variantı İraqın üç əsas etnik qrupuna geniş muxtariyyət verilməsini və onlar arasında neft gəlirlərinin bölüşdürülməsini nəzərdə tutur.


Əməliyyatların güclənməsinə gəldikdə, Riçard Holbruk deyir ki, Amerikanın İraqa daha çox qoşun göndərmək üçün resursları yoxdur.


Prezident Corc Buş isə oktyabrın 25-də keçirdiyi mətbuat konfransında deyib ki, indi Amerikanın İraqdakı strategiyasının əsas ideyası çeviklikdir. İraqdakı vəziyyəti isə o, belə təsvir edib:


Amerikalılar müharibədən narazıdılar və dəyişiklik istəyirlər. Demokrat Partiyasından olan namizədlər də ümid edirlər ki, İraq məsələsi onlara qalib gəlməyə imkan verəcək
«İraqda mülki sakinlər terrorçuların, üsyançıların, qeyri-leqal hərbi birləşmələrin, silahlı qrupların və cinayətkarların ciddi zorakılıqlarına məruz qalır. Son ayın hadisələri məni və Amerika xalqını çox narahat edir».

Bəzi ekspertlər deyirlər ki, Konqresə seçkilər ərəfəsində respublikaçılara dəstək azaldıqca, prezident İraq müharibəsi barədə başqa cür danışmağa başlayıb.


Son vaxtlar keçirilən sorğular göstərib ki, amerikalılar müharibədən narazıdılar və dəyişiklik istəyirlər. Demokrat Partiyasından olan namizədlər də ümid edirlər ki, İraq məsələsi onlara qalib gəlməyə imkan verəcək.


Pensilvaniya ştatından Demokrat Partiyasının namizədi, Hərbi Akademiyanın məzunu Patrik Mörfi 12 ay ərzində Amerika qoşunlarının İraqdan çıxarılmasına və 30 minlik kontingentin Küveytdə, ya da İraqın ucqar bir hissəsində, məsələn, kürdlərin yaşadığı şimalda yerləşdirilməsinə çağırır. Onun təklifi keçmiş diplomat Holbrukun təklifindən az fərqlənir.


Mörfi onu da təklif edir ki, bu qoşunların bir qismi – 10 minə yaxını Əfqanıstana köçürülsün.


Bu arada keçmiş Dövlət katibi və Buş ailəsinin yaxın dostu Ceyms Beykerin İraq Araşdırmalar Qrupu Bağdadla bağlı tövsiyələrini hazırlayır və bu, dekabrda açıqlanacaq. Güman edilir ki, Beyker indiki strategiya ilə qoşunların tam çıxarılması təklifi arasında olan bir ortaq variant təklif edəcək. Cənab Buşun hansı strategiyaya üstünlük verməsi indi aydın deyil. Ekspertlər güman edirlər ki, noyabrın 7-də olacaq seçkilər Amerikanın İraq üzrə gələcək strategiyasını müəyyən etməyə kömək edəcək.


«Vaşinqton post» qəzeti oktyabrın 26-da çıxan sayında Nyu-Yorkun keçmiş qubernatoru Mario Kvomonun dediklərindən sitat gətirir. O, hesab edir ki, prezident faktiki olaraq İraqdan çıxmaq üçün zəmin yaradır və onun dediyi kimi, «əslində, müharibə qurtarmaqdadır».


İraq üzrə Amerikanın seçimi ilə bağlı «Faynenşl Tayms»da çıxan bir şərhdə isə deyilir ki, geri çəkilmək ən pis variantdır. Bu, terrorçuluğun təkcə İraqda yox, bütün dünyada güclənməsinə gətirəcək. Qəzetə görə, İraqda əsas problem demokratiya yox, qanunun aliliyidir.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG