Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:44

AzadlıqLive 13 mart

Axşam saat 8-də günün əsas mövzuları haqda reportajlar, müsahibərlər, şərhlər və təhlillər AzadliqRadiosunun 30 dəqiqəlik radioefirində

-

AzadlıqLive proqramını BURADA DİNLƏ

AzadliqLive martın 13-da axşam saat 8-də aşağıdakı mövzuları müzakirə edirik:

- 2014-cü illə müqayisədə Azərbaycanda xərçəng xəstələrinin sayı artıb. Xərçəng xəstələrinin sayı niyə artır? AzadlıqRadiosu bunu öyrənməyə çalışacaq.

- Novruz Bayramı ərəfəsində əfv olacaqmı? Əfvdə kimlərin adı var?

- Milli Şura sədri Cəmil Həsənli ilə müsahibə​

- Avropa Oyunlarına çəkilən xərclər və digər mövzular...

AzadlıqLİVE-in forumunda Facebookda müzakirələr üçün günün sualı Azərbaycanda xərçəng xəstələrinin sayı niyə artır?

Müzakirələrə sən də qoşul, SORĞUda iştirak et BU LİNKDƏ səsvermənin hazır cavablarından birini seç.

AzadlıqLive proqramını BURADA DİNLƏ

Günün əsas mövzuları ətrafında baş verən yeniklər, sosial mediadakı fikirlər və digər maraqlı məqamlar gün ərzində CanlıBloqda yeləşdirilir. AzadliqLive, gün ərzində isə onun bloqunu burada izlə. Verilişin audio yayımı da burada yerləşdiriləcək. Yeni postlar xronoloji ardıcıllıqla, bloqun əvvəlində yerləşdirilir. Bloqun sonunda göy rəngli "Davamı" düyməsini sıxmaqla bloqu vərəqləmək, günün əvvəlki postları ilə də tanış olmaq mümkündür.

19:41 12.3.2015

Güllələndiyi deyilən əsgərin atası danışır...

Prokurorluq məlumat verib ki, Azərbaycan əsgəri özü-özünü alnından vurub. Atası ağır yaralı oğluna baxanda görüb ki, güllər yarası arxadan dəyib və iddia edir ki, oğlunu hərbi hissənin komandiri güllələyib.

Ətraflı burada oxu.

18:00 12.3.2015

Putin haradadır?

Rusiyanın sosial mediasında prezident Putinin axtarışı gedir. Rusiya prezidenti Qazaxstandakı sammitə getmədi. Kremlin təmsilçisi, cənab Peskov prezidentin sağ-salamat olduğu haqda bəyanat versə də, internet istifadəçiləri onun sözlərindən daha da şübhəyə düşüblər. Hamı canlı Putini görmək istəyir. Kremlin rəsmi saytında Putinin region liderləri ilə görüşdüyü xəbərdə verilən fotonun əslində 1 həftə əvvəl çəkildiyi deyilir. Şayiələr, ehtimallar və istehzalar dənizində bircə damla da olsun əsaslı fakt tapmaq müşkülə çevrilib. Putinin 10-ca saniyə canlı yayımda görünməsi bütün dedi-qodulara son qoya bilərdi. Lakin bu hadisə, nədənsə, baş vermir. Kremlin rəsmi saytında sonuncu xəbər Putinin Ermənistan prezidenti ilə telefon danışığı haqdadır. Bildirlir ki, tərəflərin atom enerjisi və qaz təminatı haqda söhbəti olub, Ermənistanın Avroasiya Gömrük İttifaqına qoşulması məsələsi müzakirə olunub. Putini axtaranlara AzadliqLive da qoşulub, axşam saat 8-də Rusiya prezidenti ətrafında baş verənlərə aydınlıq gətirməyə çalışacağıq, əgər nəyisə aydınlaşdırmaq mümkün olsa.

Azadliqda qal

17:33 12.3.2015

Facebook-da müəllimlərin maaş məsələsini müzakirə edirik. Müzakirələrə sən də qoşul!

17:11 12.3.2015

Millət vəkili Hadı Rəcəbli təkzib edir


Trendə verdiyi müsahibədə Hadı Rəcəbli az maaş alan müəllimlərə işdən sonra bənnalıq edən pedaqoqu nümunə gətirir. Onun sözləri sosial şəbəkədə rezonans doğurub. Millət vəkilinin sözlərini "Müəllim işdən sonra daş daşısın" kimi yozmağa başlayıblar. Hadı Rəcəbli medianın reaksiyasını tənqid edir, deyir onu düz başa düşməyiblər. AzadliqLive günün ancaq hadisələrinin əksi deyil, virtual dünyada baş verənlər də burada əksini tapır

Davamı

XS
SM
MD
LG