Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:59

Əsgər atası: «Oğlumu komandiri güllələyib»-[dinlə]


Əsgər Çingiz Tanrıverdiyev
Əsgər Çingiz Tanrıverdiyev

-

«Məni söydü mən də cavab verdim. Üzümü çevirib gedəndə arxadan tapança ilə mənə atəş açdı. 3 güllə atdı. İkisi yan keçdi, biri isə başımdan dəydi».

Bu günlərdə sosial şəbəkələrdə komandiri tərəfindən güllələndiyi iddia olunan 19 yaşl əsgər Çingiz Tanrıverdiyevin videogörüntüləri yayılıb. Bu sözləri də həmin videogörüntüdəki Çingiz Tanrıverdiyev deyir.

Gözlə
Embed

No media source currently available

0:00 0:03:46 0:00
Direct-ə keçid

Yanvarın sonlarında Hərbi prokurorluq Azərbaycan ordusunun əsgəri Çingiz Tanrıverdiyevin başından güllə yarası alması xəbərini Turana təsdiq etmişdi.

Həmin əsgərin atası Aydın Tanrıverdiyev AzadlıqRadiosuna deyir ki, məlumatı alan kimi hərbi hissəyə yollanıb. Burada ona bildiriblər ki, oğlu özü özünü yaralayıb. Aydın Tanrıverdiyevin sözlərinə görəi, özü araşdırma apardıqdan belə nəticəyə gəlib ki, oğlu Çingizi komandiri güllələyb:

«YARADAN GÖRÜNÜRDÜ Kİ, GÜLLƏ ARXADAN GİRİB»​

«Getdim ki, hərbi hissənin ambulatoriyasına uzadıblar, özü də komadadır. Tələb etdim ki, hospitala aparsınlar. Dedilər ehtiyac yoxdur. Sən demə, izi itirmək üçün ölməyini istəyirmişlər. Mənə demişdilər ki, guya əsgər yoldaşları ilə mübahisə etdikdən sonra özünü alnından güllələyib. Ancaq, yaradan görünürdü ki, güllə arxadan girib. Əgər güllə alnından girsə idi, beyni dağılardı. Bir az səs-küy saldım, Gəncədəki xəstəxanaya apardılar. Orada da əməliyyat etmək istəmədilər. Sonra getdim Bakıya, oradan həkim göndərdilər. Həmin həkim dedi ki, təcili əməliyyat olunmasa, öləcək. Gəncədə əməliyyat olundu, sonra Bakıya gətirdilər».

Aydın Tanrıverdiyev deyir ki, oğlu bir aydan artıq komada qaldıqdan sonra bir neçə gün öncə ayılıb. O bildirir ki, ayıldıqdan sonra nitqində problemlər qalsa da baş verən hadisəni anlada bilir:

«VİDEOGÖRÜNTÜNÜ PROKURORLUĞA TƏQDİM EDƏCƏYƏM»

Həmin görüntüləri sosial şəbəkələrdə yadım. Görüntüdən də açıqca aydın olur ki, güllə arxadan girib. Öz əlimlə çəkmişəm bunu. Qoy hamı görsün ki, həqiqət necə olub...

«Dedi ki, komandir onu təhqir edib ,oğlum üzünü çevirib gedəndə arxadan ona güllə atıb. Güllələrdən biri oğlumun başının arxasından. Yerə yıxılanda xəstəxanaya aparmaq istəyiblər, komandir deyib ki, əl vurmayın, ölsün. Bundan sonrasını xatırlamır. Mən bütün bunları istintaqa danışdım, mənə məhəl qoyan olmadı. Ona görə də oğlumu danışdırdım və telefonun kamerası ilə çəkdim. Həmin görüntüləri sosial şəbəkələrdə yadım. Görüntüdən də açıqca aydın olur ki, güllə arxadan girib. Öz əlimlə çəkmişəm bunu. Qoy hamı görsün ki, həqiqət necə olub»

Aydın Tanrıverdiyev videogörüntüləri prokurorluğa da təqdim etmək fikrindədir.

Müdafiə Nazirliyi yayılan video ilə bağlı hələlik açıqlama yaymayıb. Hərbi Prokurorluğun mətbuata açıqlamasında isə Çingiz Tanrıverdiyevin özünü güllələdiyi bildirlir:

«ƏSGƏR ÖZÜNÜ ALNINDAN GÜLLƏLƏYİB»​

Hadisə yerinə gəlmiş zabitlər onunla tərbiyəvi mövzuda söhbətlər aparıb əlindəki silahı təhvil verməsini xahiş etsələr də, buna nail ola bilməyiblər...

«Çingiz Tanrıverdiyev xidməti istifadəsində olan avtomatdan digər əsgərin başı üzərindən havaya bir dəfə atəş açıb, həmçinin əsgərdən öz avtomat silahını ona verməsini tələb edib. Həmin əsgər etiraz elədiyinə görə Çingiz Tanrıverdiyev yenidən havaya iki dəfə atəş açıb, sonra isə silahının lüləsini özünün çənəaltı nahiyəsinə dirəyib. Mübahisə etdiyi əsgərə deyib ki, əgər avtomatını ona verməsə, özünü öldürəcək. Nəticədə əsgər yoldaşı onun bu hərəkətindən qorxaraq məcburiyyət qarşısında avtomat silahını Çingiz Tanrıverdiyevə verib. Bundan sonra isə o digər əsgərlərin başları üzərindən havaya çoxsaylı atəş açıb. Hadisə yerinə gəlmiş zabitlər onunla tərbiyəvi mövzuda söhbətlər aparıb əlindəki silahı təhvil verməsini xahiş etsələr də, buna nail ola bilməyiblər. Daha sonra Çingiz Tanrırverdiyev silahını öz alınına dirəyərək atəş açıb. Güllələrdən biri onun baş nahiyəsinə dəyib». - deyə Hərbi prokurorluğun hadisə haqda bəyanatında oxuyuruq.

«O ƏVVƏLLƏR DƏ MƏHKUM OLUNUB»​

Prokurorluğun açıqlamasında Çingiz Tanrıverdiyevin vaxtilə məhkum olunduğuna da diqqət yetirilir və belə bir məlumat verilir ki, Gəncə Hərbi Məhkəməsi ötən ilin mayında onu 5 ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edib. Çingiz Tanrıverdiyev öz sağlamlığına zərər vurmaqla hərbi xidmətdən boyun qaçırmaqda ittiham olunurdu. Cəzasını çəkəndən sonra 2014-cü ilin dekabrında onu hadisənin baş verdiyi hərbi hissəyə göndərmişdilər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG